
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun fəaliyyəti ilk fürsətdə bərpa oluncaq.
Bu barədə “AVESTA.AZ”un sualına cavabında xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, baş konsulluq ABŞ-nin Kaliforniya ştatında baş verən yanğına görə fəaliyyət göstərdiyi binadan köçüb:
"Diplomatik qurumumuzun fəaliyyəti dayandırılmayıb, hazırda uzaqdan işini davam etdirir. Los-Ancelesdəki fəaliyyət ilk fürsətdə bərpa olunacaq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.