5-02-2025, 12:02 382

AFFA Məşqçilər Komitəsinin sədri: “Limitin ləğvi istər-istəməz Premyer Liqanın səviyyəsini yüksəldəcək”

Limitin ləğvi istər-istəməz Premyer Liqanın səviyyəsini yüksəldəcək.

Bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov növbəti mövsümdən Misli Premyer Liqasında legioner limitinin ləğvinə münasibət bildirərkən deyib.

Mütəxəssis bu qərarın qaçılmaz olduğunu vurğulayıb:

“Həmişə vahid sistemin və işlək mexanizmin tərəfdarı olmuşam. Düzdür, riskli qərardır, müzakirə oluna bilər. Amma həmişə bildirmişəm ki, limitin ləğvi qaçılmaz addımdır, gec-tez olmalıdır. Bu, istər-istəməz Premyer Liqanın səviyyəsini də yüksəldəcək. Qərar qəbul olunubsa, müsbət tərəfləri var. Ən vacibi odur ki, bundan bəhrələnmək lazımdır. Klublar həm çempionatın, həm də yerli futbolçuların səviyyəsini artırmaq üçün bundan yararlanmalıdırlar. Yerli futbolçulardan istifadə edəcək klublara əlavə bonuslar veriləcək. Digər tərəfdən 12-dən artıq hər legionerə görə 100 min, 15-dən çox əcnəbi üçün isə 200 min manat rüsum ödənilməlidir. İnanmıram ki, klublar bu səbəbdən artıq legioner transfer etsinlər. Komandanın sifariş ərizəsinə 30 oyunçunun adının salındığını nəzərə alsaq, yerlilər üçün də şans olacaq və ciddi rəqabət yaranacaq. Üstün olanlar Azərbaycan futboluna fayda verəcəklər”.

Veteran futbolçu rüsuma görə klubların legioner seçiminə daha ciddi yanaşacaqlarını söyləyib:

“Yerlilərin də inkişafı çox önəmlidir. Hazırda klublarımızın bəzilərində əcnəbi futbolçuların sayı 15-dən artıqdır. Yeni qaydalardan sonra inanmıram ki, hansısa klub təyin olunan rüsuma görə daha çox legioner transfer etsin. Limitin ləğvinin üstünlüklərindən biri də budur ki, legioner seçiminə daha ciddi yanaşılacaq. Komandalara fayda verə biləcək əcnəbilər transfer olunacaq. Kompleks şəkildə görülən işlər yerli futbolçuların da özlərini göstərməsinə şərait yaradacaq. Bütün bunların özünü nə dərəcədə doğruldub-doğrultmayacağını zaman göstərəcək”.

AFFA rəsmisi ölkədə legionerlərlə rəqabətə hazır yerli futbolçuların olduğunu deyib:

“Vaxtilə Azərbaycan çempionatında belə bir hal yaşanmışdı. Düzdür, indi futbol inkişaf edib, həmçinin Premyer Liqanın səviyyəsi artıb. Daha artığına nail olmaq üçün addımlar atılır. Qərarlar qəbul olunub, klub daxilində yerlilərin də mənafeyini qorumaq vacibdir. Bu o demək deyil ki, hər dəfə elə ancaq legionerlər meydana çıxacaq. Heç kimdən zəif olmayan, rəqabətə hazır yerli futbolçular da var. Təki qərarlar gələcəkdə öz bəhrəsini versin”.

Qeyd edək ki, hazırda Premyer Liqada limit "7 legioner + 4 yerli futbolçu" şəklindədir. Fevralın 3-də keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında 2025/2026 mövsümündən etibarən legioner limitinin ləğvi ilə bağlı qərar çıxarılıb. Həmçinin əcnəbi futbolçuların sifarişi üçün rüsumlar tətbiq olunub.

Paylaş

Xəbər lenti

Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü Bu gün, 21:48 "Qarabağ"dan dramatik qurtuluş: "Neftçi" qələbəni əldən verdi Bu gün, 21:48 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir Bu gün, 21:48 Anthropic: Süni intellekt ABŞ iqtisadiyyatını 2030-cu ilədək 44 trilyon dollara çatdıra bilər Bu gün, 21:48 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb Bu gün, 21:48 Qərbi Azərbaycan həqiqətləri: Ağudi kəndinin tarixi və demoqrafiyası Bu gün, 20:48 Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır Bu gün, 20:48 "Qarabağ"ın işi çətinləşdi: "Neftçi" hesabı artırdı Bu gün, 20:48 700 mindən çox vətəndaşın maaşı arta bilər: Minimum əməkhaqqı ilə bağlı gözlənti Bu gün, 20:48 Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb Bu gün, 20:48 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb Bu gün, 19:48 Gəncədəki raket hücumunun dəhşətli izləri: "Bir gecənin içində beş şəhidimiz oldu" Bu gün, 19:48 Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib Bu gün, 19:48 "Neftçi" "Qarabağ"la oyunda yenidən önə keçdi Bu gün, 19:48 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular Bu gün, 18:48 "Azərişıq"dan yanlışlıq - Məlumat lövhəsində səhv Bu gün, 18:48 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib Bu gün, 18:48 Bərdə xəstəxanasında dəhşətli olay: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb Bu gün, 18:48 Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb Bu gün, 17:48 Bakıdakı "The World of Adrenaline" sirk şousunun proqramı açıqlandı Bu gün, 17:48 Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər Bu gün, 17:48 Allahverdi İsrafilov: "Əsas hədəf azərbaycanlı artistləri dünyada tanıtmaqdır" Bu gün, 17:48 Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq? Bu gün, 17:48 Baba Vanqanın 2026-cı il noyabr proqnozu gündəm oldu: Bəşəriyyət yadplanetlilərlə qarşılaşacaq? Bu gün, 16:48 Prezident Valeh Ələsgərovu təltif etdi Bu gün, 16:48 Hadrutda Azərbaycanın ən yaxşı energetikləri müəyyənləşdi Bu gün, 16:48 Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır Bu gün, 16:48 Şuşa döyüşünün iştirakçısı: Məktəbli qızın məktubda qalib gələcəyinizə inanırıq deməsi əlavə motivasiya idi – müsahibə Bu gün, 15:48 Bakı metrosundan istifadə edən sərnişinlərin sayı bu qədər azaldı Bu gün, 15:48 Moskva hava limanlarında 370-dən çox uçuş təxirə salındı Bu gün, 15:48 Manuel Noyer zədə səbəbindən "Bavariya"nın növbəti matçını buraxacaq Bu gün, 15:48 Ukrayna Silahlı Qüvvələrindəki xarici muzdluların sayı açıqlandı Bu gün, 15:48 Emrahın keçmiş həyat yoldaşı: "Ayrılıq qərarını mən verdim" Bu gün, 15:48 Bakıda keçirilən NATO təlimi başa çatıb Bu gün, 14:48 Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır? Bu gün, 14:48 İbrahim Tatlısesin model gəlininin evini su basdı Bu gün, 14:48 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb Bu gün, 14:48 Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb Bu gün, 13:48 Fuad Muradov Yunanıstandakı azərbaycanlılarla diaspor fəaliyyətinin yol xəritəsini müzakirə edib Bu gün, 13:48 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı Bu gün, 13:48 Azərbaycanı İƏT XİN Şurasının iclasında Yalçın Rəfiyev təmsil edir Bu gün, 13:48 Azərbaycan ADB və IMF ilə əməkdaşlığı müzakirə edib Bu gün, 13:48 Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladılar Bu gün, 13:48 Ronaldo yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub Bu gün, 13:48 XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur Bu gün, 12:48 FIFA U-20 dünya çempionatının brendi Bakıda nümayiş etdirilib Bu gün, 12:48 Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb Bu gün, 12:48 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR