12-10-2022, 00:56 703

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 6 oyunu keçirilib.

"Report"un məlumatına görə, bugünkü matçlardan sonra pley-off-a vəsiqə qazanan ilk komanda bəlli olub.

G qrupunda çıxış edən İngiltərənin "Mançester Siti" komandası Danimarkada "Kopenhagen"lə qolsuz heç-heçəyə razılaşsa da, Dortmund "Borussiya"sının evdə İspaniya "Sevilya"sından xal alması "şəhərlilər"i vaxtından əvvəl 1/8 finala yüksəldib.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada Avstriya "Zaltsburq"u ilə sülh bağlayıb. 25 yaşlı forvard bu görüşdə də ehtiyatda qalıb. E qrupunun digər oyununda İngiltərənin "Çelsi" klubu İtaliyada "Milan"a 2 cavabsız qolla qalib gəlib.

Gecənin növbəti sensasiyası Polşada qeydə alınıb. Ukraynanın "Şaxtyor" (Donetsk) komandası gözlənilmədən İspaniya "Real Madrid"ini büdrədib. Daha əvvəl H qrupunda Hayfa "Makkabi"si İsraildə İtaliya "Yuventus"unu yenməklə, sürprizə imza atıb. Bu qrupun digər matçında isə PSJ Fransada Portuqaliya "Benfika"sının müqavimətini qıra bilməyib.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

11 oktyabr

E qrupu

23:00. "Milan" (İtaliya) - "Çelsi" (İngiltərə) - 0:2

Qollar: Jorjinyo, 22 (penalti). Pyer-Emerik Obameyanq, 34

Qırmızı vərəqə: Fikayo Tomori, 18 ("Milan")

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Zaltsburq" (Avstriya) - 1:1

Qollar: Robert Lyubiçiç, 40 - Nikolas Zayvald, 12

Xal durumu: "Çelsi" - 7, "Zaltsburq" - 6, "Milan" - 4, "Dinamo" - 4

F qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) - 0:2

Qollar: Timo Verner, 75. Emil Forsberq, 84

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real Madrid" (İspaniya) - 1:1

Qollar: Aleksandr Zubkov, 46 - Antonio Rüdiger, 90+5

Xal durumu: "Real Madrid" - 10, "Leyptsiq" - 6, "Şaxtyor" - 5, "Seltik" - 1

G qrupu

20:45 "Kopenhagen" (Danimarka) - "Mançester Siti" (İngiltərə) - 0:0

Qırmızı vərəqə: Serxio Qomes, 30 ("Mançester Siti")

İstifadə edilməmiş penalti: Riyad Mahrez, 25 ("Mançester Siti")

23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) - 1:1

Qollar: Cud Bellingem, 35 - Tanqi Kuassi, 18

Xal durumu: "Mançester Siti" - 10, "Borussiya" - 7, "Sevilya" - 2, "Kopenhagen" - 2

H qrupu

20:45. "Makkabi" (Hayfa, İsrail) - "Yuventus" (İtaliya) - 2:0

Qollar: Omer Atsili, 7. 42

23:00. PSJ (Fransa) - "Benfika" (Portuqaliya) - 1:1

Qollar: Kilian Mbappe, 40 (penalti) - Joau Mario, 62 (penalti)

Xal durumu: PSJ - 8, "Benfika" - 8, "Yuventus" - 3, "Makkabi" - 3

Qeyd edək ki, IV turun digər 8 oyunu oktyabrın 12-də keçiriləcək.

22:41

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

"Report"un məlumatına görə, artıq iki qrupda ilk oyunlar başa çatıb.

G qrupunda İngiltərənin "Mançester Siti" klubu Danimarkada "Kopenhagen"lə qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb. 25-ci dəqiqədə qonaqlardan Riyad Mahrez penaltini boşa verib. 5 dəqiqə sonra isə komanda yoldaşı Serxio Qomes birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

H qrupunda isə İtaliya "Yuventus"u İsraildə Hayfa "Makkabi"sinə 0:2 hesabı ilə uduzub. Meydan sahiblərindən hər iki qolu Omer Atsili vurub.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

11 oktyabr

G qrupu

20:45 "Kopenhagen" (Danimarka) - "Mançester Siti" (İngiltərə) - 0:0

Qırmızı vərəqə: Serxio Qomes, 30 ("Mançester Siti")

İstifadə edilməmiş penalti: Riyad Mahrez, 25 ("Mançester Siti")

23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya)

Xal durumu: "Mançester Siti" - 10 (4 oyuna), "Borussiya" - 6, "Kopenhagen" - 2 (4 oyuna), "Sevilya" - 1

H qrupu

20:45. "Makkabi" (Hayfa, İsrail) - "Yuventus" (İtaliya) - 2:0

Qollar: Omer Atsili, 7. 42

23:00. PSJ (Fransa) - "Benfika" (Portuqaliya)

Xal durumu: PSJ - 7, "Benfika" - 7, "Yuventus" - 3 (4 oyuna), "Makkabi" - 3 (4 oyuna).

Qeyd edək ki, günün digər 6 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Paylaş

Xəbər lenti

50 yaşını qeyd edən Tünzalə Ağayeva: "Deyirlər yaşını demə!" Bu gün, 00:48 Armudun insan orqanizminə zərərləri - Çoxlarının bilmədiyi məqamlar Bu gün, 00:48 Azərbaycan və İtaliya ticarət dövriyyəsini 10 milyard avroya çatdırmaq niyyətindədir Dünən, 23:48 Evlərin istilik sistemlərində hansı dəyişikliklər nəzərdə tutulub? Dünən, 23:48 Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq Dünən, 23:48 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb Dünən, 23:48 Putin: Rusiya və Ukrayna razılığa gələ bilər Dünən, 23:48 Brüssel sakini itkin düşənlərin axtarışı ilə bağlı İrəvanı Bakı ilə əməkdaşlığa çağırıb Dünən, 22:48 Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar Dünən, 22:48 Bu rayonda 960 şagirdlik yeni məktəb TİKİLƏCƏK Dünən, 22:48 Tünzalə Ağayevadan eşq etirafı: "Evlənməyə yox, amma …." Dünən, 22:48 Tünzalə Ağayeva: "Sevginin yaşı yoxdur" Dünən, 22:48 Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda avtobuslar ən çox bu yollarda tıxaca düşür - SİYAHI Dünən, 21:48 Bakıda binada uçqun Dünən, 21:48 Kardiologiya İnstitutunun həyətində pasiyentin ürəyi iki dəfə dayandı - Həkimlər onun həyatını belə xilas etdi Dünən, 21:48 Vətən müharibəsi qazisi qətlə yetirildi Dünən, 21:48 Putinlə görüş zamanı Uitkoffdan diqqətçəkən detal Dünən, 20:48 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı Dünən, 20:48 "Naxçıvan Aqroservis"in sədri həbs edilib Dünən, 20:48 Çində 7 maqnitudalı zəlzələ olub Dünən, 20:48 Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub Dünən, 20:48 SOCAR-la İtaliyanın "Eni" şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib Dünən, 20:48 Ağdamda avtoxuliqanlıq edən şəxs 15 sutka həbs edildi Dünən, 19:48 Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı Dünən, 19:48 Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib Dünən, 19:48 Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək Dünən, 19:48 İstehlakçıların aldadılması ilə bağlı 8 ayda 396 müraciət daxil olub Dünən, 18:48 Belarus müharibəyə hazırlaşır, lakin ondan yayınmağa çalışır Dünən, 18:48 Sahil qəsəbəsində yaşayanların DİQQƏTİNƏ! Məhdudiyyət Dünən, 18:48 Amnistiyaya düşən kişi arvadını döydü Dünən, 18:48 Bu il Azərbaycanda 306 vətəndaş aldadılıb Dünən, 18:48 BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib Dünən, 18:48 Avtobusu sürməkdən imtina edən "BakuBus" sürücüsü işdən azad edildi Dünən, 18:48 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır Dünən, 18:48 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu Dünən, 17:48 Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub Dünən, 17:48 Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi Dünən, 17:48 İmtahan qaydalarını pozmaqda ittiham olunanlar: Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi Dünən, 17:48 Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub Dünən, 17:48 Mühasiblərin diqqətinə! QEYDİYYAT BAŞLADI Dünən, 17:48 "Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib Dünən, 16:48 Qardaşlığın gələcəyi necə qorunacaq? Dünən, 16:48 Bacısının bədənində işgəncə izlərini gördü, qayınatasını qətlə yetirdi - Tərtərdəki cinayətin təfərrüatı Dünən, 16:48 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər saxlanılıb Dünən, 16:48 Təhsil şöbəsinin müdiri işdən çıxarıldı Dünən, 16:48 TƏBİB: Bu il qripə qarşı peyvəndləmədə Niderland istehsalı olan vaksindən istifadə olunur Dünən, 16:48 Qubada qaydaları pozan qazilər həbs edildilər Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR