
Sahibkarlar fərdi balon qurğularının istifadəsində yanğın təhlükəsizlik qaydalarının tələblərinə ciddi riayət etməlidirlər.
"AVESTA.AZ" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sözügedən balonlara yüksək təzyiq altında doldurulmuş qaz olur və onların sızması, texniki təhlükəsizlik tələblərinə cavab verməməsi kimi hallar partlayış, o cümlədən də yanğın hadisələri ilə nəticələnir:
"Bu gün çoxmənzilli yaşayış binasının qeyri-yaşayış sahəsində fəaliyyət göstərən bəzi ictimai iaşə obyektlərində fərdi balon qurğularından, başqa sözlə desək, maye karbohidrogen qaz balonları ilə dolu propan qaz balonlarından istifadə halları aşkar edilib. Əhalinin sağlamlığının, o cümlədən dövlətin əmlak maraqlarının müdafiəsinin təmin edilməsi məqsədilə aparılmış monitorinq çərçivəsində əməkdaşlarımız tərəfindən sahibkarlarla aparılan profilaktik söhbətlər nəticəsi olaraq qurğularının obyektlərindən kənarlaşdırılması təmin olunacaq".
C.Xudiyev biıdirib ki, belə qanun pozuntularına yol verən şəxslərlə bağlı növbəti yoxlamalar zamanı qanunvericilikdə nəzərdə tutulan ciddi tədbirlər görüləcək:
"Eyni zamanda, müraciət edərək bildirmək istərdik ki, fərdi balon qurğuları daşınan qurğulardır və yanğın nəzarəti üzrə dövlət inspektorlarının hər ictimai iaşə obyektində bu təsərrüfatla bağlı fəaliyyətlərin nəzarətdə saxlanılması, onun gündəlik təmin edilməsi kimi imkanları yoxdur. Onun üçün də "Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanu"nun altıncı və yeddinci maddələrdə vətəndaşların, o cümlədən müəssisə rəhbərlərinin üzərinə o vəzifəni qoyur ki, həmin şəxslər onların istifadəsində olan ərazilərdə yanğın təhlükəsizlik qaydalarının tələblərinə ciddi riayət etməlidir. Bu, onların vəzifə borclarıdır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.