Avropa geosiyasi hadisələr, eləcə də ABŞ-nin Ukrayna ilə bağlı mövqeyinin dəyişməsi fonunda öz müdafiə siyasətini qurmalıdır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.
“Son hadisələr və ABŞ-nin mövqeyinin dəyişməsi indi bizi nəinki həqiqətlə üzləşməyə, həm də çox yüksək sürətlə hərəkət etməyə və uzun müddətdir müzakirə etdiyimiz həlləri tətbiq etməyə məcbur edir", - Baş nazir bildirib.
K.Mitsotakis qeyd edib ki, Avropa öz müdafiə siyasətini hazırlamalıdır. Bu siyasət ona özünün çəkindirmə gücünü inkişaf etdirməyə və ABŞ-dən asılılığını azaltmağa imkan verəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.