
10 ay həbsinə qərar verilən müğənni Serdar Ortaçın yeni görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, sənətçi bu gün şoumen Mehmet Ali Erbillə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.
Jurnalistlər müğənniyə 10 ay həbsi ilə bağlı sual veriblər. Bu zaman Serdar Ortaç onlara "Heç bir şey eşitmirəm" deyə bildirib.
Sənətçi yeriməkdə çətinlik çəkib. Köməkçilərindən biri onun qolundan tutaraq yeriməyinə kömək edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.