3-03-2025, 17:48 418

Bakıda Məhəmməd peyğəmbərin həyatını və irsini özündə əks etdirən kitabın təqdimatı olub

Bakıda Məhəmməd peyğəmbərin (s) həyatını və irsini özündə əks etdirən kitabın təqdimat mərasimi keçirilib.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, "Əs-Sirə ən Nəbəviyyə" adlı kitabda Allahın rəsulunun həyat və fəaliyyəti, eləcə də irsindən söz açılır.

Əbdülmalik ibn Hişamın "Əs-Sirə ən-Nəbəviyyə" kitabı İslam dünyasının ən önəmli əsərlərindən biri sayılır və ilk dəfədir Azərbaycan dilinə tərcümə olunur.

Təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Dini Komitənin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov sözügedən kitabın Azərbaycan dilinə tərcümə edilməsinin və nəşrinin əhəmiyyətindən danışıb.

Kitabın həmmüəllifi, filologiya üzrə fəlsəfə doktoru Heybət Heybətov tərcümə prosesindən bəhs edib. O, təqdimatın Ramazan ayında keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdırıb: "Kitabda Məhəmməd (s) peyğəmbərin erkən yaşlarındakı həyatı, onun Mədinəyə hicrəti, yenidən Məkkəyə qayıdışını əhatə edən 500-dən çox hadisə barədə zəngin hadisələr təfsilatı ilə qələmə alınıb".

Tərcümə əsərinin digər həmmüəllifi Mais Ağaverdiyev isə bildirib ki, əsərdə Allahın rəsulunun yaşadığı dövrdə baş verən tarixi hadisələr barədə dolğun məlumatlar və İslamın yaranma dövrünə dair geniş bilgilər oxucuya təqdim edilir.

Kitab Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili kafedrasının müdiri, filologiya elmləri doktoru Vüqar Qaradağlının elmi rəhbərliyi altında çap olunub.

Qeyd edək ki, Məhəmməd (s) peyğəmbərin tərcümeyi-halı ilk dəfə Mühəmməd ibn İshaq əl-Mədəni (699-769) tərəfindən qələmə alınıb. İbn İshaq Allahın rəsulunun yaşadığı dövrə zaman kəsiyində ən yaxın mənbə hesab olunduğundan "Əs-Sirə ən-Nəbəviyyə"nin müəllifi İbn Hişam öz rəvayətində məhz bu əsərə istinad edir.

"Əs-Sirə ən-Nəbəviyyə" müqəddəs kitab və hədislərdən sonra İslam dünyasında Məhəmməd peyğəmbərin (s) həyatını əks etdirən dəqiq mənbə hesab olunur və əhəmiyyət dərəcəsinə görə Qurani-Kərim və hədislərdən sonra İslam elminin üçüncü ən etibarlı qaynağı sayılır.

Sosial layihə çərçivəsində xeyriyyə məqsədilə nəşr edilən kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı əsasında "Şərq-Qərb" ASC-də çap olunub.

Kitabın təqdimatı "Libraff" şəbəkəsi dəstəyi ilə baş tutub.

Təqdim olunan əsər "Ali və Nino", "Libraff" və "Baku Book Center" şəbəkələri başda olmaqla bir çox kitab mağazalarında satışdadır.

Foto: Məhəmməd Ağayev

Paylaş

Xəbər lenti

DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR