
"Temu", onlayn alış-veriş platformasında üzərində Azərbaycan gerbi olan kepkaların "Ermənistan emblemi" adı altında satılmasına aydınlıq gətirib.
Bu barədə AVESTA.AZ-ə Viva Kommunikasiya agentliyindən Ləman Ağazadə açıqlama verib.
"Bu məsələni diqqətimizə çatdırdığınız üçün təşəkkür edirik. Problem məhsulun yazılı təsvirindəki tərcümə xətası ilə əlaqədardır. Dəqiqliyi təmin etmək üçün məhsulu platformamızdan sildik, oxşar məhsulları yenidən nəzərdən keçirdik və xətanın aradan qaldırılması üçün dərhal tədbirlər gördük", - TEMU-nun açıqlamasında qeyd olunub.
***2025-03-10 saat 10:46
Son zamanlarda Azərbaycanda populyarlaşan "Temu" onlayn alış-veriş platformasında üzərində Azərbaycan gerbi olan kepkaların "Ermənistan emblemi" adı altında satılması müşahidə edilib.
Bu barədə kadrlar AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Məlum olduğu kimi, "Temu" platformasında satılan məhsullar əsasən Çində istehsal edilir. İstifadəçilər platformanı bu səhvi düzəltməyə çağırıb.
Sözügedən kadrı təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.