20-03-2025, 13:48 438

Bayram tətilində hara getməli? -

Martın 20-dən etibarən Azərbaycanda 12 günlük bayram tətili başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, aprel ayının 1-dək ölkədə qeyri-iş günü hesab edilir. Belə uzunmüddətli istirahət, xüsusilə də yaz fəslində gözəl fürsətdir.

Bəs 12 günlük tətili məhsuldar və maraqlı keçirmək üçün necə dəyərləndirə bilərik? Ölkə daxilində və xaricində bu fəsildə gəzməli yerlər haradır? Ən əsası, qiymətlər necədir?

BAKU.WS "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Ölkə daxilində xüsusi aktivlik gözlənilir

Turizm mütəxəssisi Ceyhun Aşurov "Kaspi"yə açıqlamasında deyir ki, 12 günlük tətildə ölkə daxilində xüsusi aktivlik gözlənilir:

"Bu il Qəbələ, Şəki, Quba, Qusar, Lənkəran və Gəncə istiqamətlərinə maraq var. Xüsusilə Gəncə istiqamətində sürət qatarı olduğu üçün daha çox səyahət gözlənilir. Bakı sakinləri üçün ən yaxın ərazilər isə paytaxtdan iki-üç saatlıq məsafədə yerləşən ərazilərdir. Buraya Quba, Şabran, Şamaxı və Qəbələni misal göstərmək olar. Həmin bölgələr turizm baxımından çox tələbatlıdır və formalaşmış infrastruktura malikdir. Ona görə də insanlar bu ərazilərdə istirahət etməyə daha çox üstünlük verirlər".

Villalar ailələr üçün sərfəlidir

Qiymətlərə gəldikdə isə mütəxəssis deyir ki, qalma yerləri və hotellərin kateqoriyasına görə qiymətlər fərqlidir:

"Regionlarda üçulduzlu hoteldə ikinəfərlik otaqda qiymətlər gecəsi 80 manatdan, beşulduzlu hotellərdə isə 200-250 manatdan başlayır. Eyni zamanda, həmin istiqamətlərdə villalar var ki, bu, ailələrə daha çox sərfəlidir. Villanın da qiymətləri yerləşmə yeri, şəraitinə görə dəyişir. Qiymətlər günlük 250-300 manatdan başlayır. Ona görə sərfəlidir ki, villada daha çox adam qala bilir. Hotellərdə isə bir otaqda maksimum dörd nəfər gecələyə bilər, qiyməti də təbii ki, yüksək olur".

Batumi, Dubay, İstanbul, Maldiv...

Həmsöhbətimizin sözlərinə görə, bayram tətilində ölkə xaricinə gedənlər də az deyil:

"Artıq bu ayın əvvəlindən turizm şirkətləri sosial şəbəkələrdə ölkə xaricinə səfərlərlə bağlı müxtəlif təkliflər irəli sürürdülər. Batumi, Tbilisi, İstanbul, Doha, Dubay istiqamətlərinə üç-dörd günlük turların qiyməti hoteldə qalma və təyyarə bileti də daxil olmaqla, 400-500 dollar ətrafında dəyişirdi. Eyni zamanda, Misirə də sərfəli turlar mövcuddur. Qiymətlər 500 dollardan başlayaraq, 1 000 dollara qədər dəyişir. Hətta Maldiv, Şri-Lanka istiqamətinə də 1 000 dollardan başlayan turlar mövcuddur. Vətəndaşların ölkə xaricində istirahət üçün kifayət qədər vaxtları olduğundan istədikləri ölkəyə rahat səyahət edə bilirlər".

"Bu tətil qiymətlər əlverişlidir"

Mütəxəssis vurğulayır ki, bayram tətili Ramazan ayına təsadüf etdiyi üçün ölkəyə gələn turistlərin sayında azalma var. Tələbat az olduğu üçün qiymətlər də nisbətən aşağıdır:

"Çünki Ramazan ayında, xüsusilə islam ölkələrindən gələn turistlərin sayı çox olmur. Bu da tələbatın kəskin qalxmasının qarşısını alır. Ona görə də qiymətlər hazırda ötənilkindən yüksək deyil, hətta ötən illə müqayisədə nisbətən əlverişli qiymətlər əldə etmək mümkündür. Ölkə daxilində də aktivlik, əsasən, qohum və dost ziyarətlərində daha çox olacaq. Çünki insanlar öz rayonlarına, qohum, dostlarını ziyarətə gedirlər. Amma sırf istirahət üçün hotelə gedənlərin sayı çox olmayacaq, bu da qiymətlərin kəskin artmasının qarşısını alan faktordur".

Avropa ölkələrinə maraq azdır

Turizmçi Sürəyya Axundova deyir ki, 12 günlük tətildə Avropa ölkələrinə maraq azdır:

"Avropa ölkələri soyuq olduğu üçün bu tətildə tələbat az oldu. Daha çox Asiya - Tailand, Vyetnam, Maldiv istiqamətinə qeydiyyatlar oldu. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərindən Dubay şəhəri, Türkiyədən İstanbul şəhərinə turistlər tərəfindən maraq daha çoxdur".

Turizmçi bildirir ki, öncədən rezervasiya edənlər Asiya istiqamətinə bir adam üçün turu 1 800 - 2 500 manata əldə ediblər.

"Ən sərfəlisi Lerik və Şəkidir"

S.Axundovanın sözlərinə görə, ölkə daxilində ən sərfəli rayonlar Lerik və Şəkidir:

"Quba və Şamaxı Bakıya yaxın olduğu üçün daha bahadır".

Məlumat üçün bildirək ki, Maldiv turu 2 600 manatdan, İstanbul turu və Dubay 1 000 manatdan başlayır.

Ən çox turist qəbul edəcək ərazi Qarabağdır

Turizm eksperti Rəhman Quliyev isə deyir ki, tətildə Azərbaycana Rusiyadan, Hindistandan, Pakistandan turistlərin gəlməsi gözlənilir:

"Novruz milli bayram olduğu üçün yerli əhali bu bayram tətilinə daha çox maraq göstərir. Xüsusilə də Quba, Qusar, Şəki, Zaqatala, Balakən və Qax istiqamətinə bu tətildə səfər üçün daha çox üstünlük verilir. Bu il ən çox turist qəbul edəcək ərazi isə Qarabağ zonasıdır. Çünki bu, yeni turizm destinasiyasıdır. Şuşada və Xankəndidə fəaliyyət göstərən lüks hotellər, Laçının nisbətən ekonom büdcəli hotelləri Novruz şənlikləri təşkil edəcək, bu da həm o bölgənin əhalisi, həm də yerli turistlər üçün olduqca maraqlıdır".

Turizm mütəxəssisi deyir ki, 12 günlük tətildə xaricə gedənlərin də sayında artım müşahidə olunur:

"Ümumi olaraq, hər il olduğu kimi, bu il də Türkiyəyə gedən yerli turistlərin sayında daha çox artım var. Eyni zamanda, Dubay, Misirdə temperatur mülayim olduğu üçün bu istiqamətlərə də maraq olur".

Paylaş

Xəbər lenti

Sabah bu ərazilərdə şimşək çaxacaq, dolu düşəcək Bu gün, 13:48 "Facebook" istifadəçiləri giriş problemi ilə üzləşib Bu gün, 13:48 Əfqan Cəlilov yeni departament rəisi təyin etdi Bu gün, 13:48 İsmayıllıda qəzada 3 nəfər ölüb Bu gün, 13:48 İnsanları gecə narahat edən motosiklet sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA Bu gün, 12:48 Ağdamda minalanmış ərazidə yanğın olub Bu gün, 12:48 Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib Bu gün, 12:48 Ukraynanın Belqoroda PUA hücumları: Ölənlər və yaralananlar var Bu gün, 12:48 KİV: FIFA dünya çempionatından rekord gəlir əldə edib Bu gün, 12:48 "Azərsilah"ın poliqonunda sınaqlar zamanı yanğın baş verib Bu gün, 12:48 Deşam Fransa millisinin baş məşqçisi postundan getdi Bu gün, 11:48 Şəhid övladlarının iştirakı ilə "Qardaşlaşmış Qarabağ Məktəbləri" yay düşərgəsinə start verilib Bu gün, 11:48 Dağətəyi rayonlarda şimşək çaxıb, leysan yağıb – FAKTİKİ HAVA Bu gün, 11:48 Ağstafanın Dağ Kəsəmən kəndində sel bir sıra fəsadlar törədib Bu gün, 11:48 Aylığı 20 min manat olan bağ evləri: Niyə qiymətlər bu qədər artıb? Bu gün, 10:48 ABŞ-dən yeni hava əməliyyatı, İran Amerika bazalarını PUA-larla vurdu Bu gün, 10:48 Odessa yaxınlığında vurulan gəminin kapitanı dəfn edildi Bu gün, 10:48 Ehtiyatda olan polkovnik vəfat etdi Bu gün, 10:48 Bakıda insanları gecə narahat edən motosiklet sürücüsü Bu gün, 10:48 İngiltərə Fransaya qalib gələrək dünya üçüncüsü oldu Bu gün, 09:48 Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər hava zərbələrinə məruz qalıb Bu gün, 09:48 Xocavənd rayonunda minalanmış ərazidə yanğın başlayıb Bu gün, 09:48 FHN-dən hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ Bu gün, 09:48 "Nəsr-2" əməliyyatı: İranın ABŞ-yə raket zərbələrindən ŞOK GÖRÜNTÜLƏR Bu gün, 09:48 Gövhər Rzayeva: "Qızlarınıza cehiz verməyin" Bu gün, 09:48 İranın hücumu nəticəsində İordaniyada iki amerikalı hərbçi həlak olub Bu gün, 00:48 Niyam Salami: "Ritm haramdır, insanı başdan çıxarır" Bu gün, 00:48 "Bölgələrdə qiymətlər əlçatmazdır": Vətəndaşlar istirahət üçün xarici ölkələri seçirlər Dünən, 23:48 Naxçıvanda MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb Dünən, 23:48 Rusiyada "Mi-2" helikopteri qəzaya uğrayıb, pilot həlak olub Dünən, 23:48 Ağdaşda 46 yaşlı qadın qızdırmadan öldü Dünən, 23:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" 1/4 finala vəsiqə qazanıb Dünən, 23:48 Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşın taleyi necə olacaq? - RƏSMİ AÇIQLAMA Dünən, 22:48 Ukraynada istefa dalğası: Müdafiədə dəyişiklik, siyasətdə gərginlik Dünən, 22:48 Gəncədə bir yaşlı uşaq xəstəxanada öldü Dünən, 21:48 İran üçün kritik zərbə: 500 min nəfərlik şəhər blokadaya düşdü Dünən, 21:48 MİQ imtahanları yekunlaşdı: Apellyasiya müraciətləri nə vaxt başlayır? Dünən, 21:48 Hikmət Həsənov uzun müddətdən sonra görüntüləndi Dünən, 20:48 BMT-də Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu vurğulanıb Dünən, 20:48 "Rakuv" Mahir Emrelini icarəyə götürüb Dünən, 20:48 Cenk Sümer: "Neftçi"nin hədəfi çempion olmaqdır" Dünən, 19:49 Qusarda "Media Kuboku - 2026" minifutbol turniri start götürüb Dünən, 19:48 İran "geri çəkildi": ABŞ ilə imzalanan razılaşma pozuldu Dünən, 19:48 Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salınıb Dünən, 19:48 Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb Dünən, 18:48 Yabanı halda bitmiş 1,3 tona yaxın çətənə kolu məhv edilib Dünən, 18:48 Gəncədə çaya yıxılan vətəndaşın xilas edilib Dünən, 18:48 Bakıda azyaşlı bacı-qardaş evdən qaçıbmış - TÜKÜRPƏDƏN DETALLAR üzə çıxdı Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR