1-04-2025, 13:48 319

2025-ci ilin ilk üç ayında sənət aləminin itirdiyi məşhurlar - SİYAHI

2025-ci ilin ilk üç ayında Türkiyənin sənət aləmində bir çox məşhur son mənzilə yola salındı. Onların vəfatı hər kəsə dərin kədər hissi yaşatdı. Bir-birinin ardınca vəfat edən məşhurların dəfni də yaşadıqları həyat qədər gündəm olub çox danışıldı. 

BAKU.WS Türkiyədə 3 ay ərzində vəfat edən həmin məşhurların siyahısını təqdim edir:

2025-ci il qədəm qoyduqdan bir gün sonra sevilən müğənni Ferdi Tayfur vəfat etdi. O 79 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişdi. 

"Yaprak Dökümü" serialını Nehiri Bedia Ener isə yanvarın 14-də vəfat etdi. Aktrisanın vəfat xəbərini oğlu sosial şəbəkədə "Sağolun... Mən bir mələk oldum" sözləri ilə qeyd etdi. 

Teatr və kino aktyoru Sezai Altekin isə 79 yaşında dünyasını dəyişdi. O yanvarın 31-də vəfat etdi. Sezai həm də dublyaj aktyoru kimi məşhurlaşmışdı. 

Türk sənət musiqisinin sevilən ifaçılarından olan Kahtalı Mıçe fevralın 15-də vəfat etdi. O 72 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişdi. 

"Çocuklar Duymasın" serialının məşhur aktyoru Emin Gümüşkaya isə fevralın 18-də vəfat etdi. O ekran işində "Seyyar Tayyar" obrazına həyat verirdi. Bundan başqa aktyor "Arka sıradakiler", "En son babalar duyar", "Tatlı hayat", "Koçum benim", "Büyük buluşma", "Yalancı romantik", "Uygun adım aşk", "Seksenler", "Hıçkırık" və "Yeşil deniz" kimi seriallarda da rol alıb.

Müğənni Edip Akbayram da 75 yaşında dünyasını dəyişdi. Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasında müalicə alan sənətçinin həyatını xilas etmək mümkün olmadı. O "Aldırma gönül", "Hasretinle yandı gönlüm", "Gittin-gideli", "Güzel günler göreceğiz" kimi mahnılarla sevilirdi. 

51 yaşlı Aktyor  Şinasi Yurtsever də mədə xərçəngindən dünyasını dəyişdi. Onun  ölüm xəbərini həmkarı Zafer Algöz yaydı. Şinasi Zincirlikuyu məzarlığında dəfn olunub. O "Kardeş payı", "Düğün dernek", "Çalgı çengi", "Hokkabaz", "Avrupa yakası" kimi məşhur layihələrdə rol almışdı.

Rəqqasə Tanyeli 2.5 il idi ki, xərçəngdən əziyyət çəkirdi. O martın 17-də elə müalicə aldığı xəstəxanada vəfat etdi. 54 yaşlı rəqqasənin vəfatı onu sevənləri və həmkarlarını yasa boğdu. 

"Kurtlar Vadisi", "Acı Hayat", "Deli Yürek" və "Ekmek Teknesi" kimi sevilən ekran işlərinin rejissoru Osman Sınav, isə martın 20-də dünyasını dəyişdi. Onun 69 yaşı var idi. Rejissorun dəfninə çəkdiyi seriallarda rol alan məşhur aktyorlar axın etdi. 

"Yeşilçam"ın əfsanəvi aktrisalarından Filiz Akın da bu ilin ilk üç ayında vəfat edən məşhurları sırasındadır. O martın 22-də vəfat etdi və vəsiyyətinə uyğun olaraq səssiz-sədasız dəfn edildi. 

Mərhum müğənni Volkan Konak ötən gün KKTC-də verdiyi konsert zamanı səhnədə vəfat etdi. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı. Sənətçinin 58 yaşı var idi. O doğulduğu qəsəbədə 50-dən çox şagirdin pulsuz Ali təhsil almağını təmin edirdi.

Paylaş

Xəbər lenti

"SOCAR Trading" yeni neft-kimya zavodları üçün əsas amilləri açıqlayıb Bu gün, 17:48 Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb Bu gün, 17:48 Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb Bu gün, 17:48 BRAVO: 10 İlin Parıltısı Bu gün, 17:48 WUF13 ilə əlaqədar Bakının bu təhsil müəssisələrində dərslər DİSTANT OLACAQ Bu gün, 17:48 Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib Bu gün, 17:48 Bakıdakı məktəblərdə yaz tətilinin vaxtı dəyişdirilib Bu gün, 17:48 Tramp bombalamağı ƏMR ETDİ - Hörmüzü minalayan İran gəmiləri... Bu gün, 17:48 Bakıda ictimai nəqliyyatda niyə vahid sistem qurulmur? Bu gün, 17:48 Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub Bu gün, 17:48 İsti havada hansı içkilər təhlükəlidir? - Mütəxəssislər xəbərdarlıq edir Bu gün, 16:48 Ərini öldürən qadının məhkəməsi: "11 ay mənimlə üzbəüz oturub çörək yeyib, oğlumu öldürdüyünü gizlədib" Bu gün, 16:48 Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir Bu gün, 16:48 Bu tarixlərdə Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 İsmayıllıda lotereyadan 100 000 manat uduldu Bu gün, 15:48 ARDNF I rübdə 22 ton qızıl satıb Bu gün, 15:48 İran: Hörmüz Boğazının açılması mümkün deyil Bu gün, 15:48 Salyanda marketdə yararsız məhsullar və saxta içkilər tapıldı Bu gün, 15:48 ABŞ İranla bağlı əməliyyatda 31 gəmini geri qaytardı Bu gün, 15:48 Bakı metrosunda qatarların hərəkəti tam bərpa olunub Bu gün, 15:48 Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB Bu gün, 15:48 Arda Gülər zədələndi Bu gün, 15:48 Dövlət Xidmətində rüşvətlə bağlı əməliyyat - İki vəzifəli şəxs saxlanıldı Bu gün, 15:48 Cibdən "iPhone" oğurlayan şəxs SAXLANILDI Bu gün, 15:48 Nazir Arzu Qarazadəyə vəzifə verdi Bu gün, 14:48 Sosial ödəniş alanların NƏZƏRİNƏ! Sabah YEKUNLAŞACAQ Bu gün, 14:48 Ağstafada qəza, xəsarət alanlar var Bu gün, 14:48 İran millisinin ABŞ-də keçiriləcək DÇ-2026 oyunlarına hazır olduğu açıqlanıb Bu gün, 14:48 Prezident İlham Əliyev: Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin inkişafına töhfə verir Bu gün, 13:48 Prezident: Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir Bu gün, 13:48 Gəncə və Göygöldə qanunsuz tikililər sökülüb Bu gün, 13:48 2027-ci ildə Avropa Birliyinə daha bir ölkə qoşula bilər Bu gün, 13:48 Günəşdə partlayış qeydə alınıb Bu gün, 13:48 Elektrik xətlərinə dəyən təyyarə dayanacağa düşdü Bu gün, 13:48 Şirkət internet çəkdi, işçilərin maaşını vermədi: "Adıma 3200 manat vergi borcu yaranıb, ödəmirlər" Bu gün, 13:48 Edqars Rinkeviçs Heydər Əliyev Mərkəzini ziyarət edib Bu gün, 12:48 Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib Bu gün, 12:48 Kür məcrasından çıxdı, kənd sakinlərinə ciddi ziyan dəydi Bu gün, 12:48 Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi Bu gün, 12:48 Florensiyada turist tarixi heykəli zədələyib: 5 min avroluq ziyan Bu gün, 12:48 Hörmüzdəki minaların təmizlənməsi bu qədər müddətə bitə bilər Bu gün, 12:48 "Fantaziya" hamamının söküləcəyi ilə bağlı iddialara - Cavab Bu gün, 12:48 Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib Bu gün, 12:48 TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir Bu gün, 12:48 İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək Bu gün, 12:48 I rübdə 89 cinayət işi başlanıb, milyonlarla manat ziyan ödənilib Bu gün, 12:48 İncəsənət məktəblərinə qəbul imtahanlarının əyani mərhələsi başlayır Bu gün, 12:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ! Yaxın günlərdə... Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR