
Çin Dövlət Valyuta Mübadiləsi İdarəsi mart ayına dair valyuta ehtiyatları ilə bağlı məlumat yayıb.
AVESTA.AZ xəbər verir ki, açıqlamaya əsasən, ölkənin valyuta ehtiyatları mart ayının sonunda əvvəlki ayla müqayisədə 13,4 milyard dollar artaraq 3 trilyon 240 milyard dollara yüksəlib.
Fevral ayına nisbətən ehtiyatlarda 0,42 faiz artım qeydə alınıb.
Bildirilib ki, Çinin valyuta ehtiyatları son 16 aydır 3,2 trilyon dollar səviyyəsinin üzərində qalır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.