
AFFA U-16 Liqasında keçirilən "Arpaçay" (Şərur) - "Araz-Naxçıvan" matçında komanda yoldaşını təhqir edən futbolçunu 3 oyunluq cəzalandırıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar qəbul edib.
Qarşılaşmanın 85-ci dəqiqəsində Şərur təmsilçisinin üzvü Əli İsmayılovun komanda yoldaşına qarşı qeyri-etik ifadələr işlətməsi 3 matçlıq diskvalifikasiyaya səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.