
İnvestorların ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətinin sərtləşdiriləcəyini gözlədikləri bir zamanda qızılın qiyməti düşüb.
“AVESTA.AZ” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,28 %, yaxud 4,65 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 651,15 ABŞ dollarına satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,04 % düşərək 1 unsiyası 18,593 ABŞ dolları təşkil edib.
İnvestorlar güman edirlər ki, FED-in iclasında uçot dərəcəsi yenidən artırılacaq, monetar siyasətin sərtləşdirilməsi isə ABŞ dolları üçün müsbət, qızıl üçün isə mənfi amil hesab olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.