14-04-2025, 15:48 408

BƏT-in Baş direktoru Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Hunqbonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Konfederasiya sədri Sahib Məmmədov Azərbaycan həmkarlar ittifaqları ilə BƏT arasında qarşılıqlı faydalı əlaqələrdən danışıb, ölkəmizdə təşkilatın işçi hüquqları ilə bağlı 59 konvensiyasının ratifikasiya olunduğunu qeyd edib.

Bildirilib ki, Konfederasiya və BƏT əməkdaşlığı çərçivəsində Azərbaycanda əmək hüquqları ilə bağlı müxtəlif mövzularda konfrans, seminar və dəyirmi masalar təşkil olunub, proqramlar hazırlanıb, layihələr həyata keçirilib.

Azərbaycanda mövcud olan işgüzar mühiti, əmək hüquqlarının daha effektiv müdafiəsinə yaradılan əlverişli şəraiti diqqətə çatdıran Konfederasiya sədri ölkəmizdə əməyin mühafizəsi, ittifaq üzvlərinin iş şəraitinin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində aparılan davamlı və sistemli tədbirlərdən bəhs edib.

Görüşdə həmçinin Azərbaycan həmkarlar ittifaqları sistemində həyata keçirilən islahatlar və tətbiq olunan yeniliklər, "AHİK Könüllüləri", "Layiqli Əmək Səfirləri" və "AHİK Plus" layihələri, eləcə də "Kurort" Turizm İnformasiya Mərkəzi haqqında BƏT nümayəndələrinə ətraflı məlumat verilib.

Konfederasiya sədri əmək hüquqları, iqlim dəyişmələrivə gender məsələləri ilə bağlı BƏT-lə bir sıra layihələrin nəzərdə tutulduğunu vurğulayıb.

BƏT-in Baş direktoru Jilber Hunqbo Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, rəhbəri olduğu təşkilatla AHİK-in səmərəli əməkdaşlığından, həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb, əlaqələrin səviyyəsini yüksək dəyərləndirib.

Jilber Hunqbo BƏT-in qərar və tövsiyələrinin həmkarlar ittifaqlarının effektiv fəaliyyəti üçün önəmini qeyd edib vəbu məsələlərə Konfederasiyanın daim həssas yanaşdığını bildirib.

Tərəflər əməkdaşlığın inkişafı istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdən sonra BƏT-in Baş direktoru Jilber Hunqbovə nümayəndə heyətinin üzvləri "Kurort" Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə, eləcə də yeni yaradılmış Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar.

Paylaş

Xəbər lenti

İlham Əliyevin sosial şəbəkə hesablarında Peter Pelleqrininin Azərbaycana səfərinə dair paylaşım edilib Bu gün, 21:48 Trampdan sürpriz geri addım: ABŞ prezidenti Yaxın Şərq ölkələri ilə razılığa gəldi Bu gün, 21:48 Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi Bu gün, 21:48 UEFA Çempionlar Liqası: TNS - "Sabah"ı qəbul edir Bu gün, 21:48 Bakıda gənc yazıçı xanımı maşın vurdu Bu gün, 21:48 Dayı bacısı qızının evindən qızıl oğurladı Bu gün, 21:48 Gəncədə yas mərasimində daha bir KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Bu gün, 20:48 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində təmir işləri yekunlaşdı Bu gün, 20:48 "Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI Bu gün, 20:48 Yamalın Dünya Çempionatındakı ən böyük problemi üzə çıxdı Bu gün, 20:48 Bakıda daha bir marşrut xəttinin avtobusları və hərəkət sxemi yenilənir Bu gün, 20:48 Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib Bu gün, 20:48 22 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu Bu gün, 20:48 Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır Bu gün, 20:48 "Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 83 % artıb Bu gün, 19:48 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Bu gün, 19:48 Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA Bu gün, 19:48 Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir Bu gün, 19:48 Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Bu gün, 18:48 Beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı ekstradisiya edilib Bu gün, 18:48 Bakıda sərnişin avtobusları toqquşdu Bu gün, 18:48 Azərbaycan Belarusdan kartof tədarükünü kəskin artırıb Bu gün, 18:48 Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir Bu gün, 18:48 Bu rayonda yeni uşaq oyun meydançaları yaradılacaq Bu gün, 18:48 Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI Bu gün, 17:48 Əli Əsədov "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb Bu gün, 17:48 Haluk Leventin qumarxanadan görüntüləri sızdı Bu gün, 17:48 Yaxın Şərqdə münaqişə yenidən böyüdü - İranda ard-arda partlayışlar oldu Bu gün, 17:48 Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər Bu gün, 17:48 Slovakiyalı nazir: "Azərbaycandan ildə 1,2 milyard kubmetr qaz almaq istəyirik" Bu gün, 17:48 Media Kuboku 2026-nın püşkü atıldı Bu gün, 16:49 Rusiyadan Azərbaycana gələn sahibkar həmkəndlisini amansızlıqla döydü - TƏFƏRRÜAT Bu gün, 16:48 Xalq artistini səhnədə oğlu Çarlz müşayiət etdi Bu gün, 16:48 Kiyev son bir həftədə Rusiyaya gündə 850 dəfəyə qədər zərbə endirib Bu gün, 16:48 "NEWS.ru": Süni intellekt IV Şuşa Qlobal Media Forumunun əsas mövzularından biri olub Bu gün, 16:48 Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb Bu gün, 16:48 Göyçayda həyətində çətənə kolu yetişdirən şəxs tutulub Bu gün, 16:48 Premyer Liqa klubu afrikalı futbolçunun transferindən imtina edib Bu gün, 16:48 FHN: Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub Bu gün, 15:49 Travmatologiya İnstitutunda NÖVBƏ İZDİHAMI Bu gün, 15:48 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü Bu gün, 15:48 Keçmiş futbolçu restoranda həyat yoldaşına sillə vurdu, saxlanıldı Bu gün, 15:48 Ağdərədə avtomobil aşıb, ər-arvad ölüb Bu gün, 15:48 Şuşada tarixi çıxış: Azərbaycan yeni xarici siyasət mərhələsinə keçir? Bu gün, 15:48 AQTA Bakıda qaydaları pozan su emalı müəssisəsinin fəaliyyətini məhdudlaşdırıb Bu gün, 15:48 Tramp İrana dəyən ziyanı açıqladı Bu gün, 14:48 Peter Pelleqrinidən Azərbaycana səfəri ilə bağlı maraqlı PAYLAŞIM Bu gün, 14:48 Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR