
Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanında yerləşən köhnə yaşayış binasının fasadı çöküb. Hadisə nəticəsində bina qırıntıları yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb.
BAKU.WS xəbər verir ki, hadisə barədə görüntülər "qaynar xətt"imizə daxil olub. Kadrlardan görünür ki, bina divarının bir hissəsi uçaraq nəqliyyat vasitəsinə ciddi ziyan vurub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.