16-04-2025, 16:48 525

ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm bir hissəsi olan Ələt-Osmanlı-Astara dəmir yolu xətti ilə bağlı tikinti işlərinin 2027-ci ilə qədər tamamlanacağı gözlənilir.

BAKU.WS xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı "Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi" mövzusunda keçirilən "Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası"nda bildirib.

"Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması işləri həyata keçirilir. Ələtdən Osmanlı istiqamətli olan hissədə cüt xəttli dəmir yolunun yenilənməsi işləri aktiv olaraq davam edir. Eyni zamanda, Osmanlıdan Astaraya qədər işlər aparılır. Yolun ümumi uzunluğu 243 kilometr təşkil edir", - o vurğulayıb.

Xatırladaq ki, bu layihə "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb. Dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə 2024-cü ildən başlanılıb.

Ox üzrə uzunluğu 245 km olan bu yolda təmir işləri 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ 60 km uzunluğunda Ələt-Osmanlı hissəsini əhatə edir. Bu mərhələyə ümumilikdə 131 süni mühəndis qurğusu, o cümlədən 3 dəmiryol körpüsü, 3 avtomobil üst keçid, eləcə də heyvanların keçməsi üçün alt keçidlərin və müxtəlif ölçülü suötürücü boruların tikintisi daxildir. Birinci mərhələ üzrə işlər həmçinin 3 stansiyanın (Yeni Ələt, Şirvan və Osmanlı) yenidən qurulmasını nəzərdə tutur.

Ələt-Osmanlı-Astara dəmir yolu xətti sonuncu dəfə 1980-ci illərdə əsaslı təmir olunub. Dəmir yolunun tikintisinin əhəmiyyəti ölkənin tranzit potensialının artırılmasına, Şimal-Cənub dəhlizi üzrə artan yük tələbatının qarşılanmasına, eləcə də ümumi dəmiryol infrastrukturunun yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd edilən istiqamətdə avtomobil yolları ilə bir çox eyni səviyyəli kəsişmələrin müxtəlif səviyyəli kəsişmələrlə əvəzlənməsi işləri görülür.

Paylaş

Xəbər lenti

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? Bu gün, 16:48 Bağlanan banklara borcu olanlara xəbərdarlıq Bu gün, 16:48 Azərbaycanda "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir Bu gün, 16:48 XİN: Feridun Sinirlioğlunun BMT-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq Bu gün, 16:48 Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb Bu gün, 16:48 Bəzi hərbçilər cərimələnəcəklər Bu gün, 15:48 Moped və velosiped sürənlərə XƏBƏRDARLIQ Bu gün, 15:48 Gəncədə "BakuBus"un avtobusu qəza törətdi Bu gün, 15:48 "Yeraltı"nın eşq yaşayan aktyorları ilk dəfə birlikdə görüntüləndilər Bu gün, 15:48 Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? Bu gün, 15:48 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü Bu gün, 15:48 "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü Bu gün, 14:49 Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi Bu gün, 14:49 Maştağada avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 14:49 Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək Bu gün, 14:48 Xalq artisti Röya Ayxandan qeyri-adi obraz... Bu gün, 14:48 Tennis üzrə ölkə birinciliyinə yekun vurulub! Bu gün, 14:48 Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir" Bu gün, 14:48 Flora Kərimova oğlu və qızı ilə Bu gün, 14:48 Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb Bu gün, 14:48 Bərdədə 17 yaşlı gənc ağır qəza törətdi Bu gün, 14:48 Noyabrın ilk günü hava necə olacaq? Bu gün, 13:48 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib Bu gün, 13:48 Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında Bu gün, 13:48 ADY: Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır Bu gün, 13:48 Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb Bu gün, 13:48 Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib Bu gün, 13:48 Məmur Şəkidə "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat Bu gün, 13:48 Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi Bu gün, 12:48 FHN SOCAR-ın zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 12:48 Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar Bu gün, 12:48 Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq Bu gün, 12:48 Deputat: "Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" Bu gün, 12:48 Bulvar dənizdən 30 kilometr aralı qala bilər Bu gün, 11:48 Qızıllar oğurlandı - Evdə usta işləyən kişi saxlanıldı Bu gün, 11:48 Qubadlıda ilk su elektrik stansiyası tikilir Bu gün, 11:48 "Qalatasaray"ın komandanı daşıyan avtobusuna kartof-soğan yüklədilər Bu gün, 11:48 Saçların ciddi zədələndiyini göstərən 5 əlamət Bu gün, 10:48 Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib Bu gün, 10:48 Yaponiyada qatar ayı ilə toqquşdu: Vaqon relsdən çıxdı Bu gün, 10:48 Qubanın alma bağlarında xəstəlik yayılıb, məhsuldarlıq xeyli azalıb Bu gün, 10:48 Masazırda binada yıxılaraq köməksiz qalan şəxs xilas olunub Bu gün, 10:48 Arıqlamaq üçün pəhrizdən daha vacib olan nədir? Bu gün, 10:48 Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 126 dolları keçib Bu gün, 09:48 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" Bu gün, 09:48 Leyla Əliyeva "Planetin vəhşi ürəyi" sərgisindən paylaşım edib Bu gün, 09:48 Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR