"Araz-Naxçıvan"ın futbolçuları Bəxtiyar Həsənalızadə və Miço Kuzmanoviç zədəlrini sağaldaraq məşqlərə başlayıblar.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Kubokunun yaımfinal mərhələsində "Qarabağ"la cavab görüşünə hazırlıqlara qoşulan futbolçuların meydana çıxıb-çıxmayacaqları matç günü məlum olacaq.
Qeyd edək ki, aprelin 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" görüşü saat 17:00-da start götürəcək. Komandaların ilk görüşündə Naxçıvan təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.