
Keçmiş futbolçu Devid Bekhem dünyaca məşhur markalardan biri olan "Boss" üçün kamera qarşısına keçib.
AVESTA.AZ xəbər verir ki, idmançı ilk dəfə geyimlərin dizynında da iştirak edib. Nümayiş etdirdiyi geyim kolleksiyasında özünün də dizayn etdiyi paltarlar yer alıb.
"Boss One"ın siamsı olan Devid, minimalist və sadə tərzi ilə göz oxşayıb.
Bu barədə danışan Bekhem sözügedən markanın istehsalçıları ilə yaxşı anlaşdığını qeyd edib:
"Onlar məni anlayır. Mən də onları anlayıram. Bu səbəbdən də onlarla birlikdə işləyirəm".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.