21-10-2022, 15:44 472

Daxili etirazlardan xoflanan Tehran - hərbi təlimlərlə hədələnən yaxınlar, uzaqlar - ŞƏRH

Atalar sözüdür: “Qonşu qonşu olsa, bağ çəpəri neynəyir”. Azərbaycan Respublikasının qonşuları ilə sərhədlərini tikanlı məftillə nişanlaması da xoşməramlı olmayanlardan öz torpaqlarını ayırmaq, təhlükəsizliyini təmin etdiyi ərazini göstərməkdir.

Əslində, hər dövlətin öz ərazisində istənilən şəkildə hərbi təlimlər keçirməsi də normal hadisədir. Çünki beynəlxalq səviyyədə tanınan istənilən dövlətin öz ərazi bütövlüyünü qorumaq hüququ var. Belə tədbirlərdə, bir qayda olaraq, qonşu dövlətlər və beynəlxalq təşkilatlar məlumatlandırılır. Təlim keçirən ölkənin rəsmiləri isə standart olaraq belə manevrlərin mahiyyətini açıqlayaraq bildirirlər ki, bu, üçüncü və ya başqa hər hansı dövlətə təhdid üçün keçirilmir, silahlı qüvvələrin hərbi hazırlığı və döyüş qabiliyyətinin yüksəldilməsi və s. məqsədilə keçirilir. Ancaq İran bu standartlardan çıxış etmir. Oktyabrın 17-də İslam Respublikası İnqilab Keşikçiləri Qvardiyası Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində üç günlük irimiqyaslı təlimlər keçirib. Bu, Azərbaycan işğal altında olan torpaqlarını azad etdikdən sonra İranın şimalda reallaşdırdığı üçüncü tədbir idi. Əvvəlkilərdən ərazinin genişliyinə və hərbi texnikanın sayının çoxluğuna, habelə Araz çayı üzərində ponton körpülərdən istifadəyə görə fərqlənirdi.

Deməli, qvardiyanın komandanı general-mayor Hüseyn Salami təlim başlayan gün ABŞ, İsrail, Səudiyyə Ərəbistanını hədələməklə yanaşı, Azərbaycan Respublikasının ünvanına da deyindi: “Harada sionist rejim mövcuddursa, o, təhlükəsizliyin təhdid mənbəyidir. İsrail bəzi cənub ölkələrinə, eləcə də ölkəmizin qərbinə və şimalına sızıb. Onlar İsrailin ölkələrində mövcudluğunun milli təhlükəsizliklərinə təhlükə yaratmadığını deyə bilər. Ancaq İsrailin təbiəti təhlükə yaratmaqdır”. O, İsrailin münaqişələri həll etmədiyini və təhdidləri artırmaq üçün müsəlman torpaqlarına getdiyini söyləyib.

Görəsən general-mayorun Azərbaycana öz ərazisində kiminlə dostluq və əməkdaşlıq etmək kimi məsləhətlər verməyə nə dərəcədə səlahiyyəti çatır? O, tapşırıq yerinə yetirən hərbçidir, öz ölkəsinin əsgərinin hərbi, mənəvi və döyüş hazırlığı səviyyəsinə cavabdehdir. İranın beynəlxalq səviyyədə terorçu olaraq tanınan qruplar və işğalçı dövlətlərlə əməkdaşlığı regional və qlobal təhlükəsizliyi daha çox təhdid edir.

Ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ermənistanın Qafan şəhərində konsulluq açmaq məqsədilə bu ölkəyə səfər edib. Qvardiyaya məxsus informasiya mənbələrinin bildirdiyinə görə, görüş zamanı İrəvan rəsmiləri İrandan hərbi texnika və avadanlıq almaq məqsədilə Tehrana müraciət edib. Ehtimal etmək olar ki, konsulluğun açılması, hərbi manevr əvvəlcədən planlaşdırılmış bir tədbir olsa da, daha çox Cənubi Qafqazda özünü göstərmək məqsədi daşıyır. İran sərhəddə hərbi təlim keçirməklə güc göstərirsə, konsulluqla regionda diplomatik missiyadan çox, müşahidə missiyasını icra edəcəyi istisna olunmur. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasındakı sərhədyanı bölgəyə Avropa İttifaqının mülki müşahidə missiyası yerləşdirilib. İran Meğrı rayonunda bir sıra ticarət obyektləri istifadəyə verməyi planlaşdırır. Bu baxımdan, İran Qafandakı konsulluq vasitəsilə Azərbaycan-Ermənistan sərhədyanı ərazilərini, ola bilsin, İsrailin Azərbaycanın bu bölgəyə yaxın ərazidəki fəaliyyətini müşahidə edəcəyi də gözlənilir. İranın təlim keçirməsi, Ermənistanla hərbi texnikaya dair müəyyən razılaşmalar, eyni zamanda Qafanda baş konsulluq açması Cənubi Qafqaza hərbi-diplomatik mövcudluğunu artırmaq cəhdlərindən sayıla bilər.

Qavrdiyanın quru qoşunlarının komandanı generalı Məhəmməd Pakpur təlimlərin sonuncu günü çıxıında yenə Azərbaycanın ünvanına “xəbərdaredici” fikirlər səsləndirib. O və komandanı Salami çıxışları ilə sübut ediblər ki, manevrlər hərbi hazırlığı yoxlamaq üçün deyil, ABŞ və İsraillə yanaşı, Azərbaycanı təhdid etmək mahiyyəti daşıyır. M.Pakpur bildirib ki, körfəz regionu ölkənin enerji təchizatına görə xüsusi əhəmiyyət kəsb edir, bu səbəbdən hər il orada öz nüfuzlarını dünyaya nümayiş etdirmək üçün bir çox təlimlər keçirirlər: “Düşmənimiz sionist rejim (İsraili nəzərdə tutur - red.) müxtəlif şirkətlər şəklində şimal sərhədlərindəki bəzi qonşu ölkələrimizdə baza qurur. Biz qəti şəkildə bu cinayətkar rejimin sərhədlərimizdə bazasının olmasına icazə verməyəcəyik”. O əlavə edib ki, İslam Respublikası özünə harada təhlükə hiss edirsə, həmin bölgəyə böyük bir hərbi qüvvə, ordu göndərir, onları orada yerləşdirir, bununla da İran ordusunun gücünü nümayiş etdirir.

Rəsmi Tehran ölkə daxilində baş verənlərə etirazların əsl səbəbini araşdırmaq istəmədiyindən günahı qonşularda, hansısa əlaqələrdə, okeanın o tayında yerləşən ABŞ və daha kimlərdə görür. Bu, İrandakı iqtidarın gücsüzlüyünün göstəricisidir. Cəmiyyətinin istəklərini qarşılaya bilməyən, yaxud qarşılamaq istəməyən İran rəhbərliyinin hərbi təlimlərlə yaxına və uzağa xəbərdarlıq etməsi zəiflikdir. Tehran hakimiyyəti etirazları yatırmaq üçün çıxış yolunu kütləvi həbslər keçirmək, təqiblər etmək, aksiya iştirakçılarına qarşı odlu silahdan istifadə edib qətlə yetirməkdə görür. Qonşularla münasibətləri normallaşdırmaq üçün isə əvvəlcə hədələyici bəyanatlar verir, təlimlər keçirir, müxtəlif məzmunlu problemlər yaradır. Sonra geri addım atıb guya xoşməramlı olduğunu nümayiş etdirmək üçün sözə güc verir. İran 30 ildir Azərbaycan Republikası ilə münasibətlərini belə davam etdirir. Çünki xoşməramlı ola bilmirlər. Bu arada yada 2001-ci ilin avqustunda "Türk şahinləri"nin Bakı səmasında uçuşu düşür. Həmin ilin avqustunda İran gəmiləri Azərbaycanın Xəzərdəki yataqlarına iddia ilə yaxınlaşmaq istəmişdilər. Onda bildirildi ki, İran sərhədi pozub. Tehranın qonşu dövlətə bu saymazlığına cavab "Türk şahinləri"nin uçuşu oldu.

Yeri gəlmişkən, 44 günlük maharibə zamanı Türkiyənin Azərbaycana verdiyi “F-16”larla bağlı açıqlamasında Prezident İlham Əliyevin vurğuladığı fikri xatırlamaq yerinə düşər: “Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o “F-16”ları görəcəklər onlar”. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan şəhərində hava limanının açılışını etməsi İslam Respublikasının hərbi hədələrinə özünəməxsus cavab da sayıla bilər. Rəsmi Ankara və Bakı regionda həyata keçirdikləri birgə layihələr, quruculuq işləri ilə həm İrana, həm də regiondakı iğtişaşlarda maraqlı olanlara birliyin, əməkdaşlığın davam etdiyini, sülhün və təhlükəsizliyin ismarışını verdi. Odur ki, İranın son günlərdəki fəaliyyətini bu atalar sözü ilə də xarakterizə etmək olar: “Dəyirman bildiyini edər, çax-çax baş ağrıdar”. Çoxsaylı daxili problemlərin məngənəsində çabalayan İran hakimiyyəti “çax-çax” edir.

Paylaş

Xəbər lenti

Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR