
Ələt Azad İqtisadi Zonasının ərazisində inşa olunan beynəlxalq hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Zonanın Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
"Hava limanı 750 hektar ərazini əhatə edəcək. Əvvəlcə bu obyekt yalnız yük daşınması üçün nəzərdə tutulmuşdu, ancaq qərar dəyişib", - deyə o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.