5-05-2025, 13:48 314

Özünü illərlə ilanlara sancdırdı – qanı antidota ümid oldu

ABŞ-də yaşayan bir şəxs 18 il ərzində özünə həm ölümcül ilanların zəhərini yeridib, həm də ilanlara özünü sancdırıb. Alimlər onun qanından əldə olunan anticisimlərlə 19 fərqli ilan növünə qarşı təsirli yeni antidot hazırlayıblar.

BAKU.WS xəbər verir ki, immunitet üzrə mütəxəssis Dr. Ceykob Qlanvil 2017-ci ildə internetdə Tim Frid adlı bir şəxslə bağlı maraqlı xəbərə rast gəlib. Tim, kobralar, mambalar və zınqırovlu ilanlar da daxil olmaqla onlarla ölümcül ilanla təmasda olub və özünü dəfələrlə sancdırıb. O, bununla bədənini zəhərə qarşı davamlı etməyə çalışıb.

Qlanvil bu qeyri-adi davranışın elmi baxımdan faydalı ola biləcəyini düşünərək Timlə əlaqə saxlayıb. Tim isə bu təklifə dərhal razılıq verib və 40 millilitr qan nümunəsi təqdim edib. Bu nümunədən alınan anticisimlər, Kolumbiya Universitetindən professor Dr. Piter Kvonqun iştirakı ilə hazırlanan antidotun tərkibinə daxil edilib.

Laboratoriya testləri göstərib ki, yeni antidot siçanlar üzərində 19 fərqli ilan növünə qarşı effektiv olub. Bu növlərə kobralar, mambalar, coral və kraits kimi ilanlar daxildir.

Antidotun tərkibinə Tim Fridin qanından əldə olunan iki anticisimlə yanaşı, zəhərin 95%-ində təsirli olan "varespladib" adlı molekul da əlavə edilib. Nəticədə 13 ilan növünə qarşı 100%, 6 növə isə 20-40% arasında qoruyuculuq təmin olunub.

Hazırda istifadə olunan antidotlar əsasən zəhərin heyvanlara yeridilməsi və onların qanından anticisimlərin toplanması ilə hazırlanır. Bu isə həm risklidir, həm də allergik reaksiyalara səbəb ola bilər. Yeni üsul isə insan mənşəli anticisimlərdən istifadə etdiyi üçün yan təsirlərin az olacağı düşünülür.

Britaniyanın Lankaster Universitetindən ilan zəhəri üzrə ekspert Stiven Holl bildirib: "Bu çox yaradıcı yanaşmadır. Klinik sınaqlardan uğurla keçsə, inqilabi bir kəşf olar".

Hazırkı mərhələdə məhlul yalnız siçanlar üzərində sınaqdan keçirilib. İnsanlara tətbiqinin təsiri isə hələ məlum deyil. Üstəlik, bu antidot yalnız "elapid" kateqoriyasına aid ilanlara qarşı təsirlidir. Zınqırovlu və gürzə kimi "viperid" növləri üçün ayrıca araşdırma aparılır.

Paylaş

Xəbər lenti

Bakı-Tbilisi qatarında BİLET UCUZLAŞDI: Bu gündən... Bu gün, 09:48 Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi Bu gün, 09:48 Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi Bu gün, 09:48 Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı Bu gün, 09:48 Bakıda yaşlı qadını avtomobil vurdu Bu gün, 09:48 Yeddi "OPEC+" ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib Bu gün, 00:48 Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi Bu gün, 00:48 96 yaşlı milyarder 48 ildir su içmirmiş Bu gün, 00:48 Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub Dünən, 23:48 Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub Dünən, 23:48 Şəkidə çaqqal qadına hücum etdi Dünən, 23:48 Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım edib Dünən, 23:48 Zelenski Ukrayna üzrə danışıqların Türkiyədə keçirilməsini təklif edib Dünən, 23:48 Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib Dünən, 22:48 "TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı Dünən, 22:48 SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb Dünən, 22:48 Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı Dünən, 22:48 "Böyük Dəbilqə": Uşanqi Kokauri gümüş medal qazanıb Dünən, 21:48 Əraqçı müharibə ehtimalından danışdı: "Silahlı qüvvələr döyüş hazırlığındadır" Dünən, 21:48 Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib Dünən, 21:48 Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı Dünən, 21:48 Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək Dünən, 20:48 ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb Dünən, 20:48 Bərdədə 17 yaşlı oğlanın meyiti evdə tapıldı Dünən, 20:48 Fransa Daxili İşlər Nazirliyi etirazlarda 15 mindən çox şəxsin iştirak etdiyini açıqlayıb Dünən, 20:48 Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır: Yoxlamalar başladı Dünən, 19:48 Lənkəranda qeyri-sabit hava şəraiti sitrus meyvə bağlarına ciddi ziyan vurub Dünən, 19:48 Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar Dünən, 19:48 Dünya çempionatı: Arseniy Djioyev gümüş medal qazanıb Dünən, 19:48 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib Dünən, 19:48 Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə Dünən, 18:48 Ötən gün itkin düşən 10 nəfər tapılıb Dünən, 18:48 Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb Dünən, 18:48 NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı Dünən, 18:48 Kişi fanatının bu addımı müğənnini şoka saldı Dünən, 18:48 Fəxri idman işçisi vəfat etdi Dünən, 18:48 Ötən gün polis əməkdaşları tərəfindən silah-sursat aşkarlanıb Dünən, 18:48 Arvadını döydü, hotelə aparıb "TikTok"da canlı yayım açdırdı Dünən, 18:48 Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq Dünən, 17:48 David De Xea "Fiorentina"dan ayrıla bilər Dünən, 17:48 Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir Dünən, 17:48 Azərbaycan Basketbol Liqası: "Neftçi" "LANDAU Lions"u məğlub edib Dünən, 17:48 Şuşada kişi araq almağa pul verməyən arvadını döydü Dünən, 17:48 Qızılın saxta olub-olmadığını necə yoxlayaq? Dünən, 16:48 Bağlanan banklara borcu olanlara xəbərdarlıq Dünən, 16:48 Azərbaycanda "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir Dünən, 16:48 XİN: Feridun Sinirlioğlunun BMT-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq Dünən, 16:48 Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR