
Hacıqabul sakinini ilan sancıb.
“AVESTA.AZ”un Aran bürosunun məlumatına görə, hadisə Qarasu kəndində qeydə alınıb.
Kənd sakini, 1982-ci il təvəllüdlü Əhmədov Zamir Oruc oğlu ərazidə iş görərkən onu ilan sancıb.
Z.Əhmədov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilan zəhərinə qarşı zərdab vurulub.
Zərərçəkən xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.