
Zəngilan rayonunun Ağalı kəndində keçirilən “Zəfər yürüşü” turnirində duatlon yarışının qalibləri bəlli olub.
"AVESTA.AZ"un Zəngilana ezam olunmuş əməkdaşının məlumatına görə, yarışda birinci yeri Əli Rzazdə tutub.
O, velosiped və qaçış etaplarını bütün iştirakçılardan öndə bitirərək qalib adını qazanıb.
İkinci yerin sahibi isə Teymur Cəfərov olub. İlk üçlüyü Səid Zairov qapayıb.
Qeyd edək ki, duatlon yarışında idmançılar 9 km velosiped sürmə və 2 km qaçış etaplarında mübarizə aparıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.