
Azərbaycan Albaniyanın enerji sektorunda strateji tərəfdaşıdır.
"Report"un Albaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Albaniyanın infrastruktur və energetika nazirinin müavini Seno Klosi bildirib.
"Albaniya 2026-cı ildə Azərbaycandan idxala başlamaq məqsədilə qazın tədarükü və energetikada istifadəsi üçün mümkün yolları araşdırmağa çalışır. Ölkəmiz həmçinin Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın inkişafında maraqlıdır", – o, agentliyin sualını cavablandırarkən jurnalistlərə deyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.