20-05-2025, 09:48 305

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin - "GlobE Network"un altıncı plenar iclasının iştirakçılarına müraciət ünvanlayıb.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, müraciəti Azərbaycanın Baş prokuroru Kamran Əliyev səsləndirib.

"Hörmətli tədbir iştirakçıları,

Sizi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin Bakı şəhərində keçirilən 6-cı Plenar iclasında səmimi-qəlbdən salamlayıram.

Bu mühüm tədbirin məhz ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən yüksək etimadın və beynəlxalq aləmdə artan nüfuzumuzun bariz nümunəsidir. Dünyanın müxtəlif hüquq sistemlərini təmsil edən çoxsaylı peşəkarları bir araya gətirən bu toplantı korrupsiyaya qarşı mübarizədə ortaq iradənin və beynəlxalq həmrəyliyin təcəssümüdür.

Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli, həm də beynəlxalq prioritet kimi qəbul etmişdir. Bu istiqamətdə hüquqi və institusional çərçivəmiz Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əsasında formalaşmışdır. Bu qurumlar rəqəmsal transformasiya, açıq hökumət prinsipləri və beynəlxalq əməkdaşlıq vasitəsilə şəffaflıq və hesabatlılığın möhkəmləndirilməsində mühüm rol oynayır.

Azərbaycan uzun illər ərzində Ermənistanın hərbi təcavüzünə və işğalına məruz qalmışdır. İşğal dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı müharibə və insanlığa qarşı cinayətlər törədilmişdir. Bu faktlar beynəlxalq hüququn fundamental prinsiplərinə və insan haqlarına qarşı açıq hörmətsizlik nümunəsi idi.

İşğal olunmuş ərazilərdə illər ərzində resurslarımızın qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürmüşdür. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunmuşdur. İşğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə yanaşı həmin ərazilərə həyatın qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olmuşdur. Azad edilmiş torpaqların tərəqqi və sülhün hökm sürdüyü məkana çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir. Azərbaycan bu gün də regionda davamlı sülh və sabitliyə nail olmaq üçün öz konstruktiv səylərini qətiyyətlə davam etdirir.

Hörmətli qonaqlar,

Biz BMT-nin və onun təsisatları ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk. Azərbaycan ötən ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmişdir. Bu mötəbər tədbir dünya liderlərini, siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələrini və müvafiq sahələrin peşəkarlarını bir araya gətirməklə qlobal çağırışlara qarşı həmrəylik nümayiş etdirmiş, ölkəmizin çoxtərəfli diplomatiyaya sadiqliyini bir daha təsdiqləmişdir.

Biz, həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyat Şəbəkəsi ilə əməkdaşlığımıza xüsusi önəm veririk. Nisbətən gənc platforma olmasına baxmayaraq, GLOBE Şəbəkəsi qısa müddətdə müxtəlif ölkələrdən anti-korrupsiya sahəsində çalışan peşəkarları birləşdirən səmərəli və inklüziv beynəlxalq mexanizmə çevrilmişdir. Bu platformanın artan əhəmiyyəti korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın və hüquqi yardımın nə qədər vacib olduğunu bir daha nümayiş etdirir.

Azərbaycanda prokurorluq orqanlarında geniş və mütərəqqi islahatlar həyata keçirilmiş, qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması təmin olunmuşdur. Hüquq-mühafizə orqanlarımız korrupsiya, transmilli cinayətkarlıq, terrorçuluq, separatçılıq, insan alveri, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qeyri-qanuni miqrasiya və digər təhdidlərə qarşı beynəlxalq səviyyədə fəal iştirak edir və bu sahələrdə əməkdaşlığa töhfə verir.

Bunun bariz nümunəsidir ki, ötən ilin payızında beynəlxalq əməkdaşlıq sahəsində mühüm məsələlərinin müzakirə edildiyi Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik Konfransı və Ümumi Yığıncağı dünyanın müxtəlif yerlərindən gəlmiş hüquqşünasların iştirakı ilə ölkəmizdə keçirilmişdir.

Eyni zamanda, süni intellekt, rəqəmsal maliyyə sistemləri və kiber mühitlə bağlı texnoloji inkişaf korrupsiya və digər cinayətlərin yeni formalarının yaranmasına səbəb olmuşdur. Bu mürəkkəb və sürətlə dəyişən çağırışlar hüquq-mühafizə orqanları üçün qlobal miqyasda yeni və çoxşaxəli vəzifələr müəyyən edir. Azərbaycan bu təhlükələrin qarşısını almaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində öz imkanlarını gücləndirməyə sadiqdir.

Əminəm ki, bu üçgünlük plenar iclas ortaq məqsədlərimizin reallaşmasına əhəmiyyətli töhfə verəcək və korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açacaqdır.

Mən sizləri bir daha Azərbaycanda salamlayır, ən xoş arzularımı yetirir, tədbirin işinə isə uğurlar diləyirəm".

***09:32

Prezident İlham Əliyev BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – GlobE Network VI Plenar iclasının iştirakçılarına müraciət edib.

AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, müraciətin mətnini Baş Prokuror Kamran Əliyev oxuyub.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclası keçirilir.

Tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu – o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan – ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir.

Paylaş

Xəbər lenti

Avtobusda boş yer olmadığı təqdirdə sərnişinlərə bildiriş göndəriləcək Bu gün, 16:48 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı Bu gün, 16:48 Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir Bu gün, 16:48 Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb Bu gün, 16:48 AZAL 8 ayda Mərkəzi Asiya ölkələrinə 400 000-ə yaxın sərnişin daşıyıb Bu gün, 16:48 Bu şəxslər üçün viza proseduru sadələşdirildi Bu gün, 16:48 Politoloq: ""Yeni ərazilər" yanaşması danışıqları dalana dirədi" Bu gün, 15:48 Baş Prokurorluq və UNODC terrorçuluğa qarşı birgə mübarizəni müzakirə edib Bu gün, 15:48 Adriana Lima dəyişimi ilə səs-küyə səbəb oldu Bu gün, 15:48 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb Bu gün, 15:48 Bakıda iki bağça fəaliyyətə başlayıb Bu gün, 15:48 Özbəkistan hərbçiləri Qarabağda Bu gün, 15:48 Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,4 milyon manat ayrıldı Bu gün, 15:48 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Həsən Həsənov: Albaniya Atropatenanın törəməsidir və bu fakt sovet dövründə təhrif olunub Bu gün, 15:48 Anar Oruclu vəzifəsindən azad olundu - Yeni təyinat Bu gün, 15:48 Daha 3 boksçumuz Avropa çempionatın 1/4 finalında Bu gün, 14:48 Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb: Kim tənqid edir, özü bilər Bu gün, 14:48 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü Bu gün, 14:48 AITO M6, M7 və M8 Azərbaycanda rəsmi təqdim olundu Bu gün, 14:48 Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib Bu gün, 14:48 Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib Bu gün, 14:48 SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib Bu gün, 14:48 Könüllü qanvermə aksiyası keçiriləcək Bu gün, 14:48 Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? Bu gün, 14:48 Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib Bu gün, 13:48 Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı Bu gün, 13:48 UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna ilkin baxış olub Bu gün, 13:48 Gəncədə iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub Bu gün, 13:48 "Neftçi" qələbə sayında "Qarabağ"a yaxınlaşdı Bu gün, 13:48 Supermodelin 27 yaşlı oğlu vəfat etdi Bu gün, 13:48 Fərid Şəfiyev: Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər Bu gün, 12:48 Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb Bu gün, 12:48 Pensiya və maaşlarla bağlı ŞAD XƏBƏR - 1,1 milyon vətəndaş... Bu gün, 12:48 Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib Bu gün, 12:48 Deputatdan nazirlərə: "Hünəriniz var, özünüz camaatın qarşısına çıxın" Bu gün, 12:48 Zümrüd Ağayeva: "2026/2027 mövsümündə Azərbaycan Qadınlar Super Liqasında yeniliklər olacaq" Bu gün, 12:48 Səyyad Aran: "İki aydır Emin Əmrullayevi tapa bilmirəm" Bu gün, 12:48 Qubadlıda birinci yaşayış kompleksinin inşasına başlanılıb Bu gün, 12:48 Zahid Oruc: Bir sıra qurumlarda islahatlar nəticə vermir, tibbi sığortada deputatların da keçə bilmədiyi baryerlər yaranıb Bu gün, 12:48 "Sabah" Premyer Liqada 250-ci oyununu keçirib Bu gün, 11:48 Cəlilabadda 7 il əvvəl itkin düşmüş şəxsin öldürülərək su quyusuna atıldığı məlum olub Bu gün, 11:48 "Aşk-ı Memnu"nun aktyorları həmkarlarının yasına gəlmədi Bu gün, 11:48 Bakıda nəhəng monitor qadının üstünə aşdı Bu gün, 11:48 "Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb Bu gün, 11:48 Azərbaycan XİN Beliz və Maltanı milli günləri münasibətilə təbrik edib Bu gün, 11:48 Vasif Qasımov: "Oxuduğum kitabdan xatırladığım bir fikir odur ki, MBA sizin həyatınızı asanlaşdırmayacaq, lakin böyük ehtimalla sizi daha iti və fərqli edəcək" Bu gün, 11:48 AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR