20-05-2025, 20:48 425

Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.

BAKU.WS xəbər verir ki, Milli Məclisin sədrini salamlayan Deputatlar Konqresinin sədri Fransua Armenqol bu səfərin parlamentlərimiz və ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib. O, COP29-un ölkəmizdə yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə təşəkkürünü bildirib və diqqətə çatdırıb ki, mühüm qərarların qəbul edildiyi həmin konfransda İspaniya Krallığı Hökumətinin sədri də iştirak etmişdi.

Söhbət zamanı Deputatlar Konqresinin sədri qeyd edib ki, Azərbaycan-İspaniya əlaqələrinin hazırki vəziyyəti məmnunluq doğurur və belə bir inamı ifadə edib ki, bundan sonra da parlamentlər hökumətlər arasında əməkdaşlığı dəstəkləməyə davam edəcəklər. Bildirilib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı da mühüm əhəmiyyət kəsb edir və  bir sıra ispan şirkətləri Azərbaycanda işləməkdə olduqca maraqlıdırlar. Bu da Azərbaycanın siyasi və coğrafi əhəmiyyətindən irəli gəlir.   

Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində onu İspaniyaya səfərə dəvət etdiyinə görə Deputatlar Konqresinin sədrinə təşəkkürünü bildirib. O, Azərbaycan-İspaniya əlaqələrinin mövcud vəziyyəti və inkişafı barədə fikirlərini bölüşüb. Sahibə Qafarova İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançezin COP29 çərçivəsində ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı əlaqələrin inkişafı üzrə əldə olunmuş razılaşmaların uğurla icrasının əməkdaşlığımızı daha da inkişaf etdirəcəyinə əminliyini bildirib.

Görüşdə Azərbaycan-İspaniya iqtisadi əlaqələri haqqında da fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri bərpaolunan enerji və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı perspektivlər olduğunu qeyd edib. O, bildirib ki, həm Azərbaycan, həm də İspaniya bərpaolunan enerji sahəsində mühüm işlər görürlər. Azərbaycan hazırda bu sahədə mühüm layihələri icra edir və əldə olunan enerjinin Avropaya ixracı üçün işlər görür. Hazırda ölkəmiz Avropa ölkələrinin, o cümlədən İspaniyanın etibarlı enerji təchizatçısıdır və İspaniya şirkətinin TAP-da iştirakı da əməkdaşlığımızın uğurlu nümunələrindən biridir. Milli Məclisin sədri iqtisadi əlaqələrdən danışarkən, Azərbaycanın nəqliyyat-tranzit imkanlarını xüsusi vurğulayıb, Orta Dəhliz üzrə fəaliyyətin Azərbaycan-İspaniya arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri ola biləcəyinə diqqət çəkib.

Görüşdə Cənubi Qafqazda mövcud vəziyyət barədə də danışılıb. Milli Məclisin sədri Azərbaycan-Ermənistan normallaşma prosesi, iki ölkə arasında mövcud olmuş münaqişənin tarixi, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikinti-quruculuq işləri barədə geniş məlumat verib.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdən əvvəl Milli Məclisin sədri Sahibə Qafarova Deputatlar Konqresinin Fəxri qonaqlar kitabını imzalayıb.

Paylaş

Xəbər lenti

DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR