21-05-2025, 16:48 375

TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb

Macarıstanın paytaxtı Budapeştdə mayın 21-də keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb.

AVESTA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir.

Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər.

Türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən prezidentlər "Türk Dünyası Xartiyası"nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar.

Qırğız Respublikasının sədrliyinin və Macarıstanın TDT-yə üzv dövlətlər arasında çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsinə olan əzminin yüksək qiymətləndirildiyi Bəyannamədə müşahidəçi ölkə Macarıstan tərəfindən ilk dəfə keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşünə verilən böyük dəyər xüsusi vurğulanır.

Tərəflər Türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildirir, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrini alqışlayırlar. Eyni zamanda, Kipr məsələsinin danışıqlar yolu ilə, qarşılıqlı məqbul və həyat qabiliyyətli həllinə nail olunmasının zəruriliyi qeyd edilir.

Üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılır.

Təşkilatın üzvləri regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdid və çağırışlar yaradan terrorizm və transmilli mütəşəkkil cinayətkarlığın bütün formaları, terrorizmin maliyyələşdirilməsi və kibercinayətkarlıqla mübarizədə birgə səyləri davam etdirməyə sadiqliklərini bir daha təsdiqləyirlər. Bu kontekstdə Suriyanın ərazi bütövlüyü və birliyi əsasında təhlükəsizliyin və sabitliyin bərqərar olması, ona qarşı sanksiyaların aradan qaldırılması istiqamətində Türkiyənin konstruktiv rolu yüksək qiymətləndirilir.

Qəzzadakı fəlakətli humanitar vəziyyətdən dərin narahatlıq ifadə olunur, daimi və hərtərəfli atəşkəs, girovların, məhbusların azad edilməsi və Qəzzaya humanitar yardımların maneəsiz çatdırılması istiqamətində danışıqlara dəstək bir daha təsdiqlənir. İsrail-Fələstin münaqişəsinin BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ikidövlətli həlli variantının zəruriliyi qeyd edilir. Həmçinin Əfqanıstanla bağlı məsələlər üzrə TDT-nin İşçi Qrupunun yaradılması təqdir olunur.

TDT çərçivəsində müdafiə sənayesi sahəsində məhsuldar çoxtərəfli əməkdaşlığı genişləndirmək niyyəti bir daha bəyan olunur və üzv dövlətlərin müvafiq orqanlarına bu məqsədlə səylərini sürətləndirmək tapşırılır.

İrqçiliyin, ayrı-seçkiliyin, ksenofobiyanın, İslama qarşı nifrətin, nifrət nitqinin və dezinformasiyanın bütün formaları ilə mübarizədə əməkdaşlığın davam etdirilməsi məqsədilə beynəlxalq platformalarda səylərin əlaqələndirilməsi öhdəliyi xatırladılır.

Qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi "Bakı Prosesi"nin uğuru yüksək qiymətləndirilir və Azərbaycan bu istiqamətdə davamlı liderliyinə görə təqdir edilir, 2026-cı ildə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə dəstək ifadə olunur.

Türk Dövlətləri Təşkilatı Katibliyinin büdcəsinin əhəmiyyətli dərəcədə artırılması təklifi dəstəklənir, TDT-nin ilk birgə maliyyə institutu kimi yaradılmış Türk İnvestisiya Fondunun layihə fəaliyyətinə başlanmasının vacibliyi vurğulanır.

Türk Yaşıl Baxış prinsipləri rəhbər tutularaq, iqlim dəyişikliyinə və ətraf mühitin mühafizəsində davamlı yaşıl inkişafa sadiqlik bir daha təsdiqlənir, yaşıl enerji avadanlığının və texnologiyalarının inkişafının, iqlimədavamlı infrastrukturun, enerji səmərəliliyinin və tullantıların səmərəli idarə olunmasının təşviqinin vacibliyi qeyd edilir.

Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər təqdir olunur.

Region boyu yaşıl enerji dəhlizlərinin inkişafının vacibliyi qeyd edilir, yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə layihələrin həyata keçirilməsində irəliləyiş, Təşkilatın üzv dövlətlərinin hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Sazişin qüvvəyə minməsi alqışlanır.

Bəyannamədə TDT-nin müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsini təşviq etməyə, mümkün olduqda bir-birinin namizədliklərini, qətnamələrini, bəyanatlarını və beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara əsaslanan digər təşəbbüsləri daha güclü qarşılıqlı əlaqələndirməyə və dəstəkləməyə çağırış ifadə olunur, o cümlədən Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına və ECOSOC-un 2028-2030-cu illər üçün üzvlüyünə namizədliyi dəstəklənir.

Özbəkistanın 2035-2036-cı illər üçün BMT Təhlükəsizlik Şurasının və 2027-2031-ci illər üçün UNESCO-nun İcraiyyə Şurasının qeyri-daimi üzvlüyünə namizədliyi, Qazaxıstanın 2031-2032-ci illər üçün BMT Baş Assambleyasının 86-cı sessiyasının, 2039-2040-cı illər üçün BMT Təhlükəsizlik Şurasının və 2027-2031-ci illər üçün UNESCO-nun İcraiyyə Şurasının sədri vəzifələrinə namizədliyi, Türkiyənin 2037-2038-ci illər üçün BMT Təhlükəsizlik Şurasının, 2025-2029-cu illər üçün UNESCO-nun İcraiyyə Şurasının, 2026-2028-ci illər üçün ECOSOC-un qeyri-daimi üzvlüyünə namizədliyi, Azərbaycanın 2025-2029-cu illər üçün UNESCO-nun Ümumdünya İrs Komitəsinə və həmin illərdə BMT-HABITAT-ın İcraiyyə Şurasının üzvlüyünə namizədliyi alqışlanır.

Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı professor Əziz Sancarın Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına "Türk dünyasının birliyinə töhfələrinə görə" beynəlxalq mükafatının verilməsi yüksək qiymətləndirilir.

Üzv dövlətlərin Türk dövlətləri arasında qarşılıqlı anlaşma, həmrəylik və ortaq gələcəyə yardım etmək məqsədi daşıyan mədəni və humanitar əlaqələrin gücləndirilməsinin vacib elementi kimi gənclərlə bağlı məsələlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi və strukturlaşdırılması niyyəti ifadə olunur, TDT çərçivəsində gənclər və idman sahəsində mübadilə proqramlarının qabaqcıl nailiyyətləri, Qazaxıstanın Aktau şəhərinin TÜRKSOY-un təşəbbüsü ilə 2025-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi təqdir olunur. Eyni zamanda, Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmaq üçün müraciəti dəstəklənir.

Sənəddə silahlı münaqişələr zamanı mədəni irsin qorunmasının vacibliyi vurğulanır, münaqişədən sonra mədəni irsin bərpasında Türk dövlətlərinin səyləri təqdir edilir.

Mədəniyyətlərarası körpü və ümumbəşəri dəyərlərin rəmzi kimi çıxış edən Novruzun transmədəni mahiyyəti ifadə edilərək, Türk mədəniyyətinin dərin zənginliyini və Türk xalqlarının ortaq dəyərlərini gələcək nəsillərə ötürmək əzmi bir daha vurğulanır, Azərbaycanın və TDT-yə üzv dövlətlərin, həmçinin Türkiyə Prezidentinin təşəbbüsü ilə Novruz bayramının Təşkilat çərçivəsində qeyd olunması barədə Katibliyə tapşırıq verilir.

Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğu yüksək qiymətləndirilir.

Həmçinin Əfqanıstan üzrə Birgə Bəyanatın qəbul edilməsinin vacibliyi vurğulanır.

TDT-yə üzv dövlətlərin başçıları Macarıstanın Baş naziri Viktor Orbana Türk dünyasının həmrəyliyinə və rifahına verdiyi töhfələrə, habelə təşkilatın Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşünə, Macarıstan hökumətinin və xalqının səmimi qonaqpərvərliyinə görə təşəkkürünü bildiriblər.

Bəyannamə Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanıb.

*** 14:51

Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Budapeşt Bəyannaməsi qəbul edilib.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransında danışıb.

O qeyd edib ki, bu gün TDT liderləri gələcəyə baxan və hərtərəfli sənədi imzalamaqla növbəti əməkdaşlıq mərhələsi üçün ortaq baxışı rəsmiləşdirdilər:

"Sənəd gücləndirilmiş ticarət, gömrük prosedurlarının uyğunlaşdırılması və Orta Dəhlizlə Transxəzər marşrutları boyunca müasir infrastrukturun inkişafı vasitəsilə regional iqtisadi inteqrasiyanı həyata keçirmək üçün konkret yol xəritəsi təqdim edir".

Baş katib onu da bildirib ki, Bəyannamədə həmçinin texnoloji əməkdaşlığa, o cümlədən rəqəmsallaşma, transformasiya, kritik xammal resursları, birgə elmi tədqiqat və innovasiyalara xüsusi önəm verilir:

"Ətraf mühitin davamlılığı əsas prioritet olaraq qalır. Bəyannamədə yaşıl enerji dəhlizləri sahəsində gələcək irəliləyişin vacibliyi vurğulanır. Həmçinin regional təhlükəsizliyin təmin edilməsi, beynəlxalq hüququn qorunması və Əfqanıstandakı vəziyyət kimi təcili geosiyasi məsələlərdə koordinasiyalı səylərin əhəmiyyəti qeyd olunur".

Paylaş

Xəbər lenti

DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR