24-10-2022, 10:29 692

Azərbaycanda kulinariya sahəsində strategiya sənədi hazırlanacaq

"Azərbaycanda kulinariya sahəsində strategiya sənədinin hazırlanması istiqamətində işlər aparılır".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Milli Kulinariya Konqresində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Onun sözlərinə görə, məqsəd turizm istiqamətli qastronomik məhsulların hazırlanması və təbliğatının aparılmasıdır.

"Agentliyin tabeliyindəki Milli Kulinariya Mərkəzi bu günə qədər milli mətbəx nümunələrimizin tədqiqi, qorunması və tanıdılması üçün vacib işlər görüb. Mərkəzin əsas məqsədləri ilkin olaraq kulinariya sahəsində təhsili inkişaf etdirmək, gəncləri cəlb edib onların bu sahədə fəaliyyətini stimullaşdırmaq, zəngin ənənələrimizi dünyaya çatdırmaq üçün təbliğatı artırmaq, milli mətbəx irsinin tədqiqini, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməkdir. Bu gün dünyada qastronomik turizm inkişaf edir, qastronomik turların sayı getdikcə artır. Yeni və fərqli dadlar axtarışında olan turistlər getdikləri ölkələrin mətbəx nümunələrinin dadına baxır, hətta onların hazırlanması üsulunu öyrənir. Ölkəyə gələn xarici turistlərə təqdim etməyə çoxçeşidli turizm məhsullarımız var. Azərbaycanın “Qastronomiya ölkəsi” kimi tanınması üçün böyük potensiala malikdir. Təbiətimiz zəngindir. Əlverişli iqlim şəraiti, məhsuldar torpaqlarımız təbii məhsulların həm çeşidinə, həm dadına öz təsirini göstərir. Qastronomiya turizminin inkişafı yalnız milli mətbəximizi deyil, həmçinin zəngin maddi-mədəni irsimizi, tarixi ənənələrimizi, mədəniyyətimizi də dünyaya tanıtmağa kömək edir. Ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə milli kulinariyamız, bu sahədə olan turizm potensialı çox geniş şəkildə beynəlxalq ictimaiyyətə təqdim olunur və maraq doğurur", - deyə o, qeyd edib.

F.Nağıyev xatırladıb ki, bu ilin mayında Heydər Əliyev Fondu və Agentliyin təşkilatçılığı ilə Şuşada I Beynəlxalq Kulinariya Festivalı keçirilib: "Ali Baş Komandanın rəhbərliyi ilə igid əsgərlərimizin qəhrəmancasına azad etdiyi, Qarabağın incisi olan Şuşada belə bir festivalın təşkil olunması tarixi bir hadisə idi. Festivalda 11 ölkədən, Azərbaycanın 14 bölgəsindən olan kulinariya nümunələri nümayiş etdirildi. Qastronomiya turizmi həm regional turizm, həm də aqro və eko turizm növləri ilə ahəngdar olaraq inkişaf edir. Bu baxımdan Agentliyin dəstək verdiyi layihələrdən biri “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” - “Slow Food” pilot layihəsini qeyd etmək olar. Layihə Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə etdi. Gələcəkdə digər turizm dəhlizləri üzrə də bu növ marşrutların yaradılması planlaşdırıla bilər. Regionların unudulmuş, qədim yeməklərini üzə çıxartmaq, biomüxtəlifliyini qorumaq və yerli qastronomiyanın tanınmasına nail olmaq baxımından bu kimi layihələr önəm kəsb edir. Həmçinin qastronomiya turizmi ölkəmiz üçün çox vacib iki sahəni - turizm və kənd təsərrüfatını birləşdirdiyi üçün regionlarda kiçik sahibkarlığın və ailə biznesinin dəstəklənməsinə, nəticə etibarilə yerli əhalinin gəlirlərinin artması və rifah halının yüksəlməsinə də töhfə verə bilər. Agentlik olaraq turizm sahəsində fəaliyyət göstərən bütün ictimai təşkilatlar kimi, kulinariya sahəsində fəaliyyət göstərən ictimai birlikləri də dəstəkləyirik. Hər zaman qeyd etdiyimiz kimi, gücümüz birliyimizdədir. Sənayenin birgə fəaliyyəti çox önəmli faktordur. Eyni hədəfə vurmaq üçün çalışmalıyıq. Agentlik bu istiqamətdə sizə hərtərəfli dəstək verməyə hər zaman hazırdır. Hesab edirik ki, bu günki konqress xüsusilə bu cəhətdən mühüm əhəmiyyət kəsb edir".

Paylaş

Xəbər lenti

Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi Bu gün, 17:49 Bakıda vəzifəli şəxs işdən azad edildi Bu gün, 17:49 Azərbaycan Məkkə Konvensiyasına qoşulub Bu gün, 17:48 Kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoyula bilərmi? Bu gün, 17:48 Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq Bu gün, 17:48 Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib Bu gün, 17:48 Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi" Bu gün, 17:48 İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib" Bu gün, 16:48 İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür Bu gün, 16:48 İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb Bu gün, 16:48 "Nar" AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi Bu gün, 16:48 AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək Bu gün, 16:48 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman Bu gün, 16:48 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb Bu gün, 16:48 Regional Su Meliorasiya Xidməti Abşeronda qəzalı vəziyyəti aradan qaldırmağa 4 milyon manat xərcləyəcək Bu gün, 15:48 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu Bu gün, 15:48 Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək Bu gün, 15:48 Ramiz Mehdiyev AMEA-dan tam uzaqlaşdırıldı Bu gün, 15:48 Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB Bu gün, 15:48 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı Bu gün, 15:48 Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: "Son tur xüsusilə çətin keçdi" Bu gün, 15:48 Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir? Bu gün, 15:48 Xuraman Əlizadəyə ağır itki üz verdi Bu gün, 14:49 Ramin Məmmədov: Dini dözümlülük dövlət siyasətinin əsas istiqamətlərindəndir Bu gün, 14:49 Azad edilmiş ərazilərdə dini abidələrin bərpasına başlanılıb Bu gün, 14:49 Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb Bu gün, 14:49 Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib Bu gün, 14:49 Allahşükür Paşazadə: "Dindarlar hər zaman dövlətimizin yanındadırlar" Bu gün, 14:49 Azərbaycanda vəzifəli şəxsin iş adamı olan oğlu həbs edildi Bu gün, 14:48 Azərbaycanın məzhəblərarası anlaşma modeli beynəlxalq müstəvidə örnək qəbul olunur Bu gün, 14:48 Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar Bu gün, 14:48 32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi Bu gün, 14:48 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası Bu gün, 14:48 Nazir müavini: "Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək" Bu gün, 13:49 Azərbaycan 2027-ci ildə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcək Bu gün, 13:49 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub Bu gün, 13:49 Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb Bu gün, 13:49 Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb Bu gün, 13:48 Fərid Cəfərov: "Forumda iştirak etmək üçün 500-dən çox xarici qonaq dəvət olunub" Bu gün, 13:48 Alkoqolun zərərini azaltmağın yolu açıqlanıb Bu gün, 13:48 Azərbaycan Bolqarıstana neft satışını 4,5 dəfə artırıb Bu gün, 13:48 Xırdalanda maşının təkərinin lükə düşməsi ilə bağlı ADSEA-dan açıqlama Bu gün, 12:48 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı Bu gün, 12:48 Azərbaycanda ictimai nəqliyyatın şarjında "yaşıl enerji"dən istifadə edilə bilər Bu gün, 12:48 TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb Bu gün, 12:48 Azərbaycanda "JEK" sistemi tarixə qovuşur? - Yeni idarəetmə modeli təklif olunur Bu gün, 12:48 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir Bu gün, 12:48 Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR