
Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı müharibədə həyata keçirdiyi hərbi strategiyanın əsas məqamlarından biri təchizat məntəqələrinə davamlı zərbələrin endirilməsidir.
"AVESTA.AZ" xəbər verir ki, bunu Ukrayna Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski "ABC News" telekanalına müsahibəsində bildirib.
O deyib ki, Rusiyanın artilleriyada üstünlüyə malik olduğu toqquşmaların dəf edilməsi də hərbi strategiyada nəzərdə tutulur.
Komandanın sözlərinə görə, Ukrayna qüvvələri minimal itki ilə hədəfə çatmaq üçün mobil hücumlar həyata keçirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.