
Bakının Qaradağ rayonunda qadın dəmiryol qatarının altında qalaraq ölüb.
Bu barədə “AVESTA.AZ”a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
FHN-in "112" qaynar telefon xəttinə dəmir yolu xəttində qadın meyitinin qatarın altında qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit vaqonun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.