28-05-2025, 14:48 503

Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilir

Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilir.

AVESTA.AZ xəbər verir ki, dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Hörmətli Pakistan Baş naziri, əziz qardaşım Məhəmməd Şahbaz Şərif.

Əziz dostlar.

Azərbaycana, Şərqi Zəngəzura, Laçına xoş gəlmisiniz.

Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik.

Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq.

Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.

Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var.

Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq.

Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hal-hazırda konkret investisiya layihələri üzrə işlər gedir.

Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.

Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir.

Biz, həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrini araşdırmalıyıq.

Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir.

Eyni zamanda, beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik.

Həmçinin ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana bir daha təşəkkür edirəm.

Hörmətli həmkarlar,

Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub.

Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərksilah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni bir daha təbrik edirəm.

Pakistan və Hindistan arasında son gərginliyi böyük narahatlıq hissi ilə, eləcə də sülh və sabitliyin bərpa olunacağı ümidi ilə yaxından izlədik. Bu gərgin dönəmdə ilk gündən Pakistanla həmrəyliyimizi açıq şəkildə ifadə etdik. Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik.

Əziz dostlar, 30 illik Ermənistan işğalından sonra dirçəliş dövrünü yaşayan Laçına bir daha xoş gəlmisiniz.

Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədi olacaq.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış etdilər.

*** 14:10

Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilir.

AVESTA.AZ xəbər verir ki, bu barədə report-un Laçına ezam olunmuş əməkdaşı bildirib.

Paylaş

Xəbər lenti

TƏBİB-in yeni rəhbəri kimdir? Bu gün, 20:48 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu Bu gün, 20:48 Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir Bu gün, 20:48 Ceyhun Bayramov BMT Turizmin Baş katibi ilə görüşüb Bu gün, 20:48 Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib Bu gün, 20:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 19:48 Pərviz Şahbazov: "Azərbaycan enerji ixracında tərəfdaşlıqlarını genişləndirir" Bu gün, 19:48 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib Bu gün, 19:48 Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib Bu gün, 19:48 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar Bu gün, 19:48 Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub Bu gün, 18:48 Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları tutulub Bu gün, 18:48 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub Bu gün, 18:48 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır" Bu gün, 18:48 Qonşusunu boğaraq öldürüb həyətində basdırmaqda təqsirləndirilən cütlüyə hökm oxundu Bu gün, 18:48 TƏBİB Bahadur Rzayevə həvalə olundu Bu gün, 18:48 İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı? Bu gün, 17:48 Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb Bu gün, 17:48 Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub Bu gün, 17:48 Azərbaycanda Süni İntellekt Rəsədxanası yaradılır Bu gün, 17:48 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü Bu gün, 17:48 Azərbaycanda nitrat norması 4 dəfədən çox olan kartof satıldığı iddia edilir Bu gün, 17:48 Metronun stansiyalarında ürək aparatları quraşdırılacaq Bu gün, 17:48 Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atılıb Bu gün, 16:49 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib Bu gün, 16:49 Telefondan istifadə edən sürücülər CƏRİMƏLƏNƏCƏK - Bu qədər Bu gün, 16:48 Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ Bu gün, 16:48 ADY yeni rayonlararası sərnişin qatarları alır Bu gün, 16:48 AMEA alimləri Pezeşkiana İranda azərbaycanlıların ana dilində təhsil problemi ilə bağlı müraciət ediblər Bu gün, 16:48 Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub? Bu gün, 16:48 100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA Bu gün, 15:48 57 min manatlıq qızıl dələduzluğuna görə həbs edilən şəxs məhkəmə zalından azadlığa buraxılıb Bu gün, 15:48 İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib Bu gün, 15:48 Salyanda bir ailənin üç üzvü bıçaqlanıb, ölən var Bu gün, 15:48 İlham Əliyevin sosial media hesablarında Forumda iştirakına dair videoçarx paylaşılıb Bu gün, 15:48 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi" adlı panel keçiriləcək Bu gün, 15:48 AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! Bu gün, 15:48 Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir Bu gün, 15:48 Yevlaxda yol qəzasında iki nəfər ölüb Bu gün, 15:48 Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK Bu gün, 15:48 Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar Bu gün, 15:48 Azərbaycanda icra başçısı cərimələndi Bu gün, 14:48 Leyla Əliyeva Məhəmməd Əbdülsalam ilə görüşüb Bu gün, 14:48 Hərbi vəzifəlilərin təlim toplanışları başa çatıb Bu gün, 14:48 Azərbaycanda 10 yeni su anbarının tikintisi nəzərdə tutulub Bu gün, 14:48 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu Bu gün, 14:48 Neftçalada qəzada xəsarət alan gənc xəstəxanada ölüb Bu gün, 14:48 Salyanda kişi ana-atasını və arvadını bıçaqlayıb, ölən var Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR