
Rusiyanın nümayəndə heyəti bazar günü günortadan sonra Ukrayna ilə danışıqlarda iştirak etmək üçün təyyarə ilə Türkiyənin İstanbul şəhərinə yola düşüb.
"Report"un xəbərinə görə, bu barədə "İnterfaks" danışıqların hazırlanması ilə tanış olan mənbəyə istinadən xəbər verir.
"Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti bazar günü günortadan sonra təyyarə ilə İstanbula uçub", - agentliyin müsahibi bildirib.
O, qeyd edib ki, Rusiya nümayəndə heyəti iyunun 2-də səhər danışıqlara başlamağa hazır olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.