3-06-2025, 11:48 288

Şəxs hansı halda müflisləşmiş elan oluna bilməz? - MÜHÜM QƏRAR

Azərbaycan Respublikasının Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

BAKU.WS xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

İşin hallarına görə, fiziki şəxs kommersiya fəaliyyəti nəticəsində yaranmış borcları əsas götürərək məhkəməyə müflis elan olunmaq üçün müraciət edib. Ərizəçi fərdi sahibkar kimi qeydiyyata alınmayıb.

Birinci və apellyasiya instansiyası məhkəmələri ərizəçinin borc öhdəliklərini yerinə yetirmək qabiliyyətinin olmadığı barədə yetərli sübut təqdim etmədiyini əsas gətirərək ərizəni təmin etməyiblər. Bundan sonra ərizəçi Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə qəbul etdiyi qərarında qeyd edib ki, "Müflisləşmə və iflas haqqında" Qanunun qeyd olunan tələblərinə görə, məhkəməyə iflas haqqında ərizə ilə istənilən fiziki şəxs deyil, yalnız öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən sahibkar müraciət edə bilər.

Eyni zamanda "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunun 1 və 10-cu maddələri və Vergi Məcəlləsinin 13.2.37 və 33.3-cü maddələrində müəyyən edilir ki, fiziki şəxs sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirməsi üçün vergi orqanlarında qeydiyyatdan keçməli və VÖEN əldə etməlidir. Yalnız bundan sonra fiziki şəxs fərdi sahibkar statusunu əldə edir. Ərizəçi isə aktiv VÖEN-i mövcud deyil və özü də kommersiya fəaliyyətini qeydiyyata alınmadan həyata keçirdiyini bildirir. Bu hal onun fərdi sahibkar kimi hüquqi statusa malik olmadığını təsdiq edir. Belə olan halda, o, "Müflisləşmə və iflas haqqında" Qanunu ilə müəyyən edilən subyektlər sırasına aid deyildir. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsin isə "Müflisləşmə və iflas haqqında" Qanun çərçivəsində müflis elan olunması mümkün deyil. Bu qanun yalnız hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə şamil olunur.

Buna görə də ərizəyə mahiyyəti üzrə baxılmalı deyil, çünki ərizəçi "Müflisləşmə və iflas haqqında" Qanunda nəzərdə tutulmuş subyektlərdən biri deyildir. Bu səbəbdən iş üzrə məhkəmə icraatı qanuni əsaslara malik olmayıb və işə mahiyyəti üzrə baxılması prosessual normaların pozulması ilə nəticələnib. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, belə hallar olduqda məhkəmə iş üzrə icraata xitam verməlidir.

Yekunda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilib.

Paylaş

Xəbər lenti

Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA Bu gün, 22:48 Yavər Abbasova yüksək VƏZİFƏ VERİLDİ Bu gün, 22:48 FİFA DÇ-2026 finalında dava salan argentinalı futbolçuların cəzasını yüngülləşdirdi Bu gün, 22:48 Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - 15 sentyabrdan... Bu gün, 22:48 Müctəba Xameneinin müraciəti yayılıb Bu gün, 22:48 Uşakov: Putin və Paşinyan Ermənistanın Avropaya inteqrasiyası məsələsini müzakirə edəcəklər Bu gün, 21:48 Azərbaycan və Belarus arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Bu gün, 21:48 Bu şəxslər üçün pomidoru çox yemək təhlükəlidir - XƏBƏRDARLIQ Bu gün, 21:48 Bir sinifdən 13 nəfər "Tibb"ə qəbul oldu: Məzunlardan biri 700 bal toplayıb Bu gün, 21:48 Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? Bu gün, 20:48 Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO Bu gün, 20:48 Bakı metrosunda ikimərtəbəli stansiyalar olacaq? - RƏSMİ CAVAB Bu gün, 20:48 Keçmiş sevgilisini öldürməyə cəhd edən şəxs HƏBS OLUNDU: "Mismarla gözünü çıxarmaq istəyirdim" Bu gün, 20:48 Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu Bu gün, 20:48 Mirziyoyev ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki məqsədləri barədə danışıb Bu gün, 19:48 Ömrü uzatmağa kömək edən 30 saniyəlik sadə hərəkət Bu gün, 19:48 Mirziyoyev: Tələbə qızların sayının artması Özbəkistanda Üçüncü İntibah dövrünün əlamətidir Bu gün, 19:48 Azərbaycan Polşaya etiraz etdi: Səfir XİN-ə çağırıldı Bu gün, 19:48 Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib Bu gün, 18:48 Şamaxı sakinlərini boğaza yığan problem: "21-ci əsrdir, belə yaşayış olar?!" Bu gün, 18:48 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək Bu gün, 18:48 Mirziyoyev: Özbəkistan ÜDM-in 160 milyard dollara qədər artırılması hədəfini vaxtından əvvəl yerinə yetirəcək Bu gün, 18:48 Bakı kəndlərində yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazilərdə... Bu gün, 18:48 Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək Bu gün, 18:48 Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır Bu gün, 18:48 Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Bu gün, 17:48 Rusiyanın yerinə üçüncü dövlət: Paşinyan kimi nəzərdə tutur? Bu gün, 17:48 Sabunçu Tibb Mərkəzi ilə bağlı SENSASİYALI İDDİA: "Mikrob keçib bizə" Bu gün, 17:48 Ev satmaq adı ilə 23 min manat dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 Psixiatr: İtlə yaşamaq həm ürəyə, həm də psixoloji duruma müsbət təsir edir Bu gün, 17:48 Toni Kortes "Sabah"ın fenomeni haqqında: "Sərhədləri aşan hekayə" Bu gün, 17:48 Abşeronda dəhşətli qəza: Yeniyetmə sürücü qadını ÖLDÜRÜB QAÇDI? - GÖRÜNTÜLƏR Bu gün, 17:48 Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI Bu gün, 17:48 Ədliyyə Nazirliyi: Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti yaradır Bu gün, 17:48 Azərbaycanda indiyə qədər 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb Bu gün, 16:48 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB Bu gün, 16:48 Kəlbəcərə dolu yağıb Bu gün, 16:48 SOCAR-ın Qaz İxrac İdarəsi 7 ayda qeyri-neft-qaz ixracından 8 milyon dollara yaxın gəlir əldə edib Bu gün, 16:48 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək Bu gün, 16:48 SOCAR ilk dəfə Xəzərdə OBN texnologiyasının tətbiqi ilə 3D seysmik kəşfiyyat işlərinə başlayıb Bu gün, 16:48 Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır" Bu gün, 16:48 "Barselona"ya getmək istəyən Alvarezə Simeonedən gözlənilməz mesaj Bu gün, 16:48 BEOC "Ən yaxşı Korporativ Mədəniyyət Transformasiyası" nominasiyasında mükafata layiq görülüb! Bu gün, 15:48 Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib Bu gün, 15:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 538 nəfərə çatdı Bu gün, 15:48 Premyer Liqa: "Neftçi", "Sabah" və "Qarabağ"ın növbəti oyunlarının təyinatları açıqlanıb Bu gün, 15:48 Laçında İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək – 9,9 milyonluq LAYİHƏ Bu gün, 15:48 KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri tutub Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR