
Heydər Əliyev Beynəlxalq Hava Limanında ölüm hadisəsi baş verib.
AVESTA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən saat 14 radələrində qeydə alınıb.
Rusiya Federasiyası vətəndaşı olan 1959-cu il təvəllüdlü Sudabar Niftulla qızı Kazhibekovanın səhhəti qəfil pisləşib və o vəfat edib.
66 yaşlı qadının infarktdan ölməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.