
Şamaxıda beş nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayonun Çarhan kəndində "Renault" və "VAZ-2107" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində "Renault"un sürücüsü, 42 yaşlı Samir Bağırov, "VAZ-2107"nin sürücüsü Babalar Nəbiyev, eləcə də sərnişinlər; 31 yaşlı Sarvan Həmidov, 66 yaşlı Aydın İsrafilov və 41 yaşlı Elvin Nəbiyev xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəza ilə bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.