
Rusiyalı turistlər xəstəliyin yayılması səbəbindən mövsümün qızğın vaxtında Türkiyəyə getməməyə çağırılıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə TASS-a epidemioloq Gennadi Onişenko məlumat verib.
Rusiya Elmlər Akademiyasının akademikinin sözlərinə görə, yay mövsümündə Koksaki virusunun yayılması ilə əlaqədar Türkiyə kurortlarına səfərlərdən çəkinmək lazımdır:
"Bu, xüsusən də uşaqlar üçün təhlükəlidir, çünki beyin qişasının iltihabına və mədə-bağırsaq traktının, ürəyin və qaraciyərin işinin pozulmasına səbəb olur", - deyə həkim vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.