5-06-2025, 14:48 416

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bütün strukturları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib.

Artan sərnişin tələbatı nəzərə alınaraq 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 7 əlavə reys təyin edilib. Bu marşrut üzrə sürət qatarı 6-8 iyun tarixlərində saat 09:15-də Bakıdan Ağstafaya, 17:00-da Ağstafadan Bakıya yola düşəcək. 9 iyun tarixində isə qatar saat 15:00-da Ağstafadan Bakıya hərəkət edəcək.

Bakı–Ağstafa–Bakı xətti üzrə hərəkət edən sürətli qatarlar bayram günlərində də hər gün hər iki istiqamətdə ənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.

Bakı–Qəbələ–Bakı marşrutu üzrə 6 və 9 iyun tarixlərində 4 əlavə reys təyin edilib. Bu marşrutlar üzrə qatarlar həmin günlərdə hər iki istiqamətdə hərəkətdə olacaq. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.

Hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarları həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə hərəkət edir, o cümlədən 7 və 8 iyun tarixlərində eyni qaydada fəaliyyət göstərəcək.

Bayram günlərində Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayı artırılıb. Qatar hər gün saat 23:50-də Bakıdan Balakənə, saat 22:00-da Balakəndən Bakıya hərəkət edəcək. Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında, həmçinin dörd aralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təmin edilir.

Qurban bayramı ilə əlaqədar istirahət günü elan edilmiş 6, 7 və 9 iyun tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti həftənin şənbə gününün cədvəli əsasında təşkil ediləcək. 8 iyunda isə qatarlar ənənəvi bazar günü qrafiki ilə hərəkət edəcək.

Həmçinin ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə mərkəzi də bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.

Sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya "ADY Mobile" tətbiqini yükləyə bilərlər.

Paylaş

Xəbər lenti

Elza Seyidcahanın qızıllarını mənimsəyənlərin işi: "Üstümüzdə 80 000 manat borc qalmışdı" Bu gün, 17:49 Tokayev TDT dövlətlərini Azərbaycan-Qazaxıstan fiber-optik xəttinə qoşulmağa dəvət edib Bu gün, 17:48 Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib Bu gün, 17:48 Mərhum musiqiçinin ailəsi üçün 10000 manat yardım toplanıldı, avtomobil hədiyyə edildi Bu gün, 17:48 Süni intellektin texniki infrastrukturuna hücumla çatbotların cavablarını dəyişmək mümkündür Bu gün, 17:48 Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edəcək Bu gün, 17:48 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu Bu gün, 17:48 FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir Bu gün, 17:48 Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama Bu gün, 16:48 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib Bu gün, 16:48 Zərdabda iki avtomobil toqquşdu: Yaralıların son durumu Bu gün, 16:48 İspaniyada qatar qəzasında 27-yə yaxın ölkənin vətəndaşı həlak olub Bu gün, 16:48 Bakıda "BakuBus" tüstüləyib Bu gün, 16:48 Dünya çempionatı: Djioyev finalda, Meşvildişvili bürünc medal uğrunda yarışacaq Bu gün, 16:48 Baş nazirdən bəzi qurumlarda çalışan əməkdaşların maaşları ilə bağlı qərar Bu gün, 15:48 Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı Bu gün, 15:48 Sosial yardım almaq istəyənlərin DİQQƏTİNƏ: Bu səbəbdən pul verilməyə bilər Bu gün, 15:48 Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla ayaqüstü söhbət edib Bu gün, 15:48 Rumıniyada SOCAR brendi altında 100-cü YDM istifadəyə verilib Bu gün, 15:48 Böyük Qayıdış: 78 ailənin Vətən həsrəti sona yetdi - Açarlar təqdim olundu Bu gün, 15:48 Görmə qabilliyyəti olmayan insanlar yenidən görə biləcək - İlon Maskdan inqilabi texnologiya Bu gün, 15:48 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: "Mama, ak elədilər" Bu gün, 15:48 Rusiya Futbol İttifaqı və FİFA rəhbərliyi Bakıda görüşəcək? Bu gün, 15:48 Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir Bu gün, 14:48 Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir Bu gün, 14:48 Sirkədən zəhərlənən qadın öldü Bu gün, 14:48 İştahanın artması bu problemdən xəbər verirmiş Bu gün, 14:48 Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb Bu gün, 14:48 Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR Bu gün, 14:48 Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 14:48 Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:49 Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib Bu gün, 13:48 Fransada etiraz aksiyalarına görə 70 min polis səfərbər edildi Bu gün, 13:48 "Muhteşem Yüzyıl Kösem"də sevgili idilər - 10 il sonra bir araya gələcəklər Bu gün, 13:48 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var Bu gün, 13:48 "Star Trek" filminin ulduzu 86 yaşında öldü Bu gün, 13:48 Sink çatışmazlığı bağırsaq xəstəliklərinin kəskinləşməsi riskini artıra bilər Bu gün, 13:48 Məcnun Məmmədov: "Azərbaycanda ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb" Bu gün, 12:48 Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye üsulu ilə istixana layihəsi icra ediləcək Bu gün, 12:48 Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib Bu gün, 12:48 Kredit götürmək istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar tətbiq olunur Bu gün, 12:48 Oktyabrın son günü Azərbaycanda yağış yağacaq Bu gün, 12:48 Azərbaycan millisi FIFA U-15 dünya çempionatında sonuncu matçını keçirib Bu gün, 12:48 №1 Çörək Zavodu əməkdar jurnalistin şikayətini nəzarətə götürüb Bu gün, 12:48 Arzuxan Əlizadə Ombudsman aparatından danışdı: "Müraciətlər get-gedə artır" Bu gün, 11:48 Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib Bu gün, 11:48 Baş nazir: Azərbaycanın Gürcüstana investisiyaları 4 milyard dollara çatıb Bu gün, 11:48 Skuter və velosiped sürənlərin NƏZƏRİNƏ - Bu küçələrə də zolaqlar çəkiləcək Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR