5-06-2025, 16:48 361

Zakir Həsənov Qurban bayramı münasibətilə ordunu təbrik edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AVESTA.AZ-ə verilən məlumata görə, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

Sizi Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, Vətənə müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzinə çevrilən müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığı yaşatmaqla humanizm, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə ehtiva edir. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dönəmlərində ölkəmizin dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsini, milli-mənəvi dəyərlərimizi yüksək tutaraq, adət və ənənələrimizin qorunub saxlanmasında misilsiz xidmətlər göstərmişdir.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha da güclənərək demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu artmaqdadır. Azərbaycan dünyada islami, bəşəri milli-mənəvi dəyərlərə önəm verən və hörmətlə yanaşan, humanist, tolerant dövlət kimi tanınır. Azərbaycan dövləti bu gün regionda sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilmişdir.

Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilən təlimlər, düşmən təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycan Ordusunun şanlı tarixində yeni qəhrəmanlıq səhifələri açmışdır.

Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə ordumuzun Vətən müharibəsində qazandığı parlaq Qələbə və həyata keçirdiyi uğurlu döyüşlər, antiterror əməliyyatı nəticəsində düşmən işğalında olmuş tarixi torpaqlarımız azad edildi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun peşəkarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirərək bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa öz layiqli töhfələrini verir.

Əminəm ki, ordumuz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığını daha da artıraraq, Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəkdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüş əməliyyatları və Vətən müharibəsi zamanı yaralanmış hərbi qulluqçulara, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərmişdir.

Respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti və şərəfli xidmətinizdə nailiyyətlər arzulayıram. Bu bayram həyatınıza əmin-amanlıq, firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.

Bayramınız mübarək olsun!"

Paylaş

Xəbər lenti

9 illik orta təhsil səviyyəsi üzrə mayın 17-də keçirilən imtahanların nəticələri elan olunub Bu gün, 22:48 Paşinyan: "TRIPP layihəsinin mətni razılaşdırılıb, yekun imzalanmaya hazırdır" Bu gün, 22:48 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi Bu gün, 22:48 DÇ-2026-da oynamayacaq ulduz futbolçular – Siyahıda 17 məşhur ad var Bu gün, 22:48 Ceyhun Bayramov İshaq Darla beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 22:48 Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub Bu gün, 21:48 Dövlət Proqramı kənd təsərrüfatında yeni inkişaf mərhələsinə şərait yaradacaq Bu gün, 21:48 Səhər yeməyindən imtina bu xəstəliyə yol açır - XƏBƏRDARLIQ Bu gün, 21:48 Təcili yardım xidməti beşgünlük gücləndirilmiş iş rejiminə keçir Bu gün, 21:48 Qu Donqyu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb Bu gün, 21:48 "Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək Bu gün, 21:48 Müdafiə naziri Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib Bu gün, 20:48 WSJ: ABŞ hərbçiləri gəmilərin Hörmüzdən müşayiətini bərpa edib Bu gün, 20:48 İlham Əliyev: Azərbaycan və İran hər zaman bir-birinin yanındadır Bu gün, 20:48 Bayram günlərində otel və istirahət mərkzələrində qiymətlər necə dəyişir? Bu gün, 20:48 Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb Bu gün, 20:48 İyunda hava necə olacaq? - PROQNOZ Bu gün, 19:49 İspaniya Kralı Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 19:48 Mirzoyan: TRIPP üzrə yekun saziş yaxın həftələrdə imzalanacaq Bu gün, 19:48 Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib Bu gün, 19:48 Güclü yağışlar bu yay meyvə və tərəvəzin qiymətinə necə təsir edəcək? - VACİB AÇIQLAMA Bu gün, 19:48 Ermənistanda seçkiqabağı cinayət işləri üzrə 86 nəfər saxlanılıb Bu gün, 19:48 Leyla və Arzu Əliyevalar Lənkəranda şəhid ailəsini ziyarət ediblər Bu gün, 19:48 Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb Bu gün, 19:48 İlk dəfə sertifikasiya olunacaq müəllimlərin DİQQƏTİNƏ! Bu gün, 18:48 Donald Tramp İlham Əliyevi təbrik edib Bu gün, 18:48 "Avrora Qrup" Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb Bu gün, 18:48 Qurban kəsilən heyvanın əti necə paylanmalıdır? - İlhaiyyatçı cavab verdi Bu gün, 18:48 Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər Bu gün, 18:48 Emmanuel Makron İlham Əliyevi təbrik edib Bu gün, 18:48 Azərbaycan-BƏƏ Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib Bu gün, 17:48 Prezident bir sıra məhkəmələrə sədr təyin edib Bu gün, 17:48 Rauf Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 17:48 ETX: "Azərpoçt" adından saxta SMS-lər göndərilir Bu gün, 17:48 Prezident üç nəfər dövlət mükafatı verdi Bu gün, 17:48 MİDA banklardakı 105 milyon manatdan çox depozitini geri götürüb Bu gün, 17:48 Metrodan istifadə edənləin DİQQƏTİNƏ! Yubanmalar müşahidə olunur Bu gün, 17:48 Vitamin B2 ilə bağlı ŞOK ARAŞDIRMA Bu gün, 17:48 Aprelin 26-da keçirilən buraxılış imtahanında dörd nəfər 300 bal toplayıb Bu gün, 17:48 Qubada itkin düşən 36 yaşlı qadın axtarılır Bu gün, 17:48 Azərbaycanda maliyyə inklüzivliyi ilə bağlı yeni Dövlət Proqramı təsdiqlənib Bu gün, 17:48 Azərbaycanda 14 il əvvəlki qətlin üstü açıldı - Qadın həbs edildi Bu gün, 17:48 İrana qaçan ABŞ qadın kəşfiyyatçısına dair məlumat üçün 200 min dollar təklifi Bu gün, 17:48 Sığorta ilə bağlı YENİLİK! 220 manata çatdırılacaq Bu gün, 17:48 Bakıda "Force of Love" 2026 yay festivalı keçiriləcək Bu gün, 16:48 Azərbaycanda ən yaşlı seçicinin 136 yaşı var Bu gün, 16:48 Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq" Bu gün, 16:48 "PAŞA Real Estate" və "Baku White City" Ağ Şəhərdə birgə inkişaf sazişi imzalayıb Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR