
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevlə görüşüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Şarl Mişel tviterdə yazıb.
O, Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirmək niyyətində olduğunu bildirib: “Qazaxıstan Prezidenti ilə ümumi maraq doğuran məsələlər müzakirə olunub. Həmçinin intensivləşən iqtisadi əlaqələr, insan hüquqları barədə fikir mübadiləsi aparılıb”.
Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Qazaxıstanın paytaxtı Astanada səfərdədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.