
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olub.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində gərginliyin davam etməsindən narahatlığını bildirib və regional problemlərin sülh danışıqları yolu ilə həllinin vacibliyini vurğulayıb.
Eyni zamanda Avropa İttifaqı Şurasının Prezidenti dialoq və sülhü təşviq etməyə hazır olduğunu bir daha təsdiqləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.