28-10-2022, 00:54 503

Avropa Liqası:

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

“AVESTA.AZ”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada "Nant" klubu ilə qarşılaşıb. "Bojuar" stadionundakı görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça fəal başlayan Ağdam klubu 7-ci dəqiqədə Toral Bayramovla rəqib qapısı qarşısına təhlükə yaradıb. Müdafiəçinin sol cinahdan yerlə ötürməsi son anda Ovusu Kvabenaya çatmayıb. Çərçivəyə ilk zərbəni isə meydan sahibləri endiriblər. 8-ci dəqiqədə Mustafa Məhəmmədin vurduğu top Şahruddin Məhəmmədəliyevdə qalıb. Bir dəqiqədə sonra Ovusu sürəti hesabına iki müdafiəçini keçib Alban Lyafonla üzbəüz qalsa da, qanalı hücumçunun fərqlənməsinə qapıçı imkan verməyib. 11-ci dəqiqədə Kadi Borgesin qüvvətli zərbəsini qolkiper çətinliklə dəf edib. 16-cı dəqiqədə hesab açılıb. Məhəmmədəliyevin səhvindən sonra Lüdovik Blas yerlə uzaq küncü dəqiq nişan alıb. 21-ci dəqiqədə fransalı yarımmüdafiəçi 2-ci qola yaxın olub. Amma qapıçı Blasın dubl etməsinin qarşısını alıb. 28-ci dəqiqədə Ovusu Bayramovun ötürməsinə toxunsa da, Lyafon zərbəni zərərsizləşdirib. 32-ci dəqiqədə isə afrikalı forvard yaxın məsafədən topu qapıçının üstünə vurub. 34-cü dəqiqədə Abdul-Kader Bambanın qüvvətli zərbəsini Məhəmmədəliyev çətinliklə qaytarıb. Hissənin sonlarına qədər qapılar qarşısında ciddi təhlükə yaşanmayıb və “Qarabağ” fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.

İkinci yarının əvvəlində komandalar bir qədər ehtiyatlı oyuna üstünlük veriblər. Getdikcə təzyiqi artıran “Qarabağ” bunun nəticəsini 56-cı dəqiqədə görüb. Cərimə meydançasında özünə qarşı kobudluqdan sonra təyin olunan penaltini qola çevirən Filip Ozobiç tarazlığı bərpa edib. Buraxılan qoldan sonra hücuma daha çox diqqət ayıran “Nant” futbolçuları 58-ci dəqiqədə yenidən önə keçmək üçün əla imkan əldə ediblər. Amma Məhəmmədəliyev inanılmaz reaksiya ilə rəqibin fərqlənməsinə mane olub. 61-ci dəqiqədə Kadi Borgesin cərimə zərbəsindən vurduğu top qapı dirəyindən geri qayıdıb. 73-cü dəqiqədə Ramil Şeydayevin sağ cinahdan ötürdüyü topa Zubir istədiyi kimi zərbə vura bilməyib. 75-ci dəqiqədə “Qarabağ”ın qapıçısı vaxtında mövqeyini tərk edərək, Mustafa Məhəmmədin fərqlənməsinə mane olub. 83-cü dəqiqədə misirli hücumçu növbəti dəfə diqqət mərkəzinə düşüb. Amma onun zərbəsindən sonra top az fərqlə qapının üstündən keçib. 87-ci dəqiqədə Ovusunun zərbəsində dəqiqlik çatmayıb. Əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə isə "Nant" qələbə topunu vurub. İkinci hissədə meydana daxil olan İqnatius Qanaqo fərqlənib.

Beləliklə, bu nəticədən “Qarabağ” 7 xalla 2-ci pillədəki mövqeyini qoruyub. 6 xalı olan "Nant" isə 3-cü sırada qərarlaşıb. E qrupunun digər oyununda “Frayburq” Almaniyada Yunanıstan “Olimpiakos”u ilə 1:1 hesablı edərək, liderliyi təmin edib və 1/8 finala yüksəlib.

00:14

Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hesab bərabərləşib.

"AVESTA.AZ"un məlumatına görə, 56-cı dəqiqədə penaltidən fərqlənən Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç tarazlığı bərpa edib - 1:1.

00:02

Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ikinci hissə başlayıb.

"AVESTA.AZ"un məlumatına görə, "köhlən atlar" ilk hissədən sonra hesabda geridədir - 0:1.

23:46

Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ilk hissə başa çatıb.

"AVESTA.AZ"un məlumatına görə, Azərbaycan çempionu fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.

Yeganə qolu 16-cı dəqiqədə Lüdovik Blas vurub.

23:19

Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hesab açılıb.

"AVESTA.AZ"un məlumatına görə, meydan sahiblərindən Lüdovik Blas 16-cı dəqiqədə topu "köhlən atlar"ın qapısından keçirib.

23:00

Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb.

"AVESTA.AZ"un məlumatına görə, "Bojuar" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş matç "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Paylaş

Xəbər lenti

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu Bu gün, 00:48 İtə qarşı zorakılıq edən şəxslə bağlı şok iddia Bu gün, 00:48 Anar Quliyev: "Azad edilmiş ərazilərdə 96 min insan yaşayır, çalışır və təhsil alır" Dünən, 23:48 Pezeşkianla Mirzoyan TRIPP layihəsini müzakirə ediblər Dünən, 23:48 Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir Dünən, 23:48 Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir" Dünən, 23:48 Bakıda yaşayış binasında güclü yanğın olub Dünən, 23:48 Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb Dünən, 23:48 Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb Dünən, 22:48 Estoniya Moldovada səfirlik açır Dünən, 22:48 Ronaldosuz Portuqaliya daha yaxşı oynayır? - 3 oyunda 3 qələbə Dünən, 22:48 Biran Damla Yılmaz Aybüke Pusatı izləmədən çıxardı Dünən, 22:48 Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir Dünən, 21:48 Ceyhun Bayramovla Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər Dünən, 21:48 Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:48 Bakıda yolların rəngi niyə dəyişə bilər? - Ekspertdən maraqlı təklif Dünən, 21:48 Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb Dünən, 21:48 "Euronews": "Formula-1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub Dünən, 21:48 Bu məktəbə xanım direktor təyin olundu Dünən, 20:48 Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb Dünən, 20:48 Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır Dünən, 20:48 Maaşlar 15-20 faizə qədər arta bilər - SEVİNDİRİCİ XƏBƏR Dünən, 20:48 Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır Dünən, 20:48 Bakıda yeni tikili mənzillərin qiymətləri sentyabrda illik 14 %-dən çox artıb Dünən, 19:48 MN-də 143 milyonluq mənimsəmə: Məhkəmə sabiq general və polkovniklərlə bağlı qərar verdi Dünən, 19:48 "Fənərbağça"nın sabiq qapıçısı İlie Datku vəfat edib Dünən, 19:48 Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb Dünən, 19:48 Bu rayonda yollar TƏMİR EDİLƏCƏK - Küçələrin adları Dünən, 19:48 AAYDA: "Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır" Dünən, 19:48 Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib Dünən, 18:48 Alimlər bunu ilk dəfə bacardılar: Zədələnmiş göz toxuması bərpa edildi Dünən, 18:48 Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır Dünən, 18:48 Rusiyada insanları silah gücünə kölə kimi işlədən dəstə ifşa olundu Dünən, 18:48 FHN bu ərazilərdə yeni xilasetmə məntəqələri tikdirəcək - SİYAHI Dünən, 18:48 Qazaxıstanda 14 hərbçinin ölümü ilə bağlı araşdırmanın nəticələri açıqlandı Dünən, 18:48 "Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək Dünən, 17:48 Övladlığa götürülən uşaqlarla bağlı sosial işçi ilə görüş və təlimin müddəti qısaldılıb Dünən, 17:48 XƏBƏRDARLIQ - Hava kəskin PİSLƏŞİR - Şimşək, dolu, qar... Dünən, 17:48 Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var Dünən, 17:48 Bakıda mənzil QİYMƏTLƏRİNDƏ ŞOK ARTIM - Bu rayonlarda 20%-i keçdi Dünən, 17:48 Arda Gülər Türk futbol tarixində yeni rekorda imza atıb Dünən, 17:48 Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi Dünən, 17:48 Şəhid yoldaşından duyğulandıran sözlər: "Güllə yağışı altında yaralıları xilas edirdi" Dünən, 17:48 Avropada növbəti muzeyi soymaq istədilər Dünən, 16:48 Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır Dünən, 16:48 Pirallahı Sənaye Parkı üzrə ümumi investisiya portfeli açıqlanıb Dünən, 16:48 Şəhidimizin adını daşıyan gəmi Qara dənizdə dronla vurulub, ölənlər var Dünən, 16:48 Bakıda marşrut avtobusu belə aşdı - ANBAAN VİDEO Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR