29-10-2022, 17:50 646

“Parabüzən” sənədli filminin təqdimatı olub - YENİLƏNİB

"CinemaPlus 28 Mall" kinoteatrında 1993-cü il martın 31-dən mayın 23-dək erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı ilə bağlı çəkilən “Parabüzən” qısametrajlı sənədli filminin təqdimatı olub.

“Report”un məlumatına görə, təqdimat mərasimində Prezident Administrasiyasının sektor müdiri Kamran Həsənov, Milli Məclisin deputatları Mahir Abbaszadə, Hikmət Babaoğlu, Naqif Həmzəyev, Ceyhun Məmmədov, Vüqar İskəndərov, Elman Nəsirov, Müşfiq Məmmədli, Fatma Yıldırım, Bəhruz Məhərrəmov, Jalə Əhmədova, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, “Global Media Group”un təsisçisi Elnur Abdullayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova, Müdafiə Nazirliyinin zabitləri, Birinci və İkinci Qarabağ müharibəsinin qaziləri, digər dövlət rəsmiləri, vaxtilə mühasirədə qalmış şəxslərin bir qrupu, Laçından olan ziyalılar, media rəhbərləri, QHT təmsilçiləri iştirak ediblər.

Təqdimatda əvvəlcə şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunub. 

Cavid Osmanovun aparıcılığı ilə keçirilən təqdbirdə daha sonra film barədə məlumat verilib.

Bildirilib ki, “Parabüzən”nin ideyası “Report” İnformasiya Agentliyinə məxsusdur. Ekran əsəri “Global Media Group”un maliyyə və texniki dəstəyi ilə ərsəyə gəlib.

Filmin direktoru Fuad Hüseynəliyev, quruluşçu rejissoru və ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri İmdad Əlizadə, operatoru Ağa Nağıyev, montajçı Arzum Nuruşzadədir. Dron çəkilişlərini Ağa Nağıyev aparıb.

Kadrlar 19 nəfərin mühasirəyə düşdüyü yer - Kəlbəcərin Çaykənd kəndi, mühasirədə qaldıqları ərazi - Laçının Oğuldərə kəndi və mühasirəni yardıqları yer - Laçının Güləbird kəndində lentə alınıb.

Filmdə 19 nəfərin mühasirəyə düşməsi, 54 gün ərzində düşməndən necə gizlənməsi, mühasirədən hansı yolla çıxmasından bəhs olunur.

Filmin direktoru, “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev bildirib ki, ekran işi Ali Baş Komandan, ölkə başçısı İlham Əliyevin qətiyyəti, şəhidlərimizin qanı və qazilərimizin əzmi bahasına Qarabağın azad olunduğuna görə ərsəyə gələ bilib:

“Filmin çəkildiyi ərazilər hələ də işğal altında olsaydı, heç bir çəkiliş baş tutmazdı. Ona görə də torpaq uğrunda canlarından keçən şəhidlərin ruhu qarşısında baş əyir, qazilərimizə sağlamlıq diləyirəm. Bu mövzuda daha əvvəl də film çəkilmişdi, lakin o vaxt biz hadisələrin yaşandığı ərazilərə gedə bilməmişdik. Lakin artıq torpaqlarımız işğaldan azad edildikdən sonra biz mühasirədə qalmış şəxslərlə birlikdə hadisələrin yaşandığı ərazilərə gedərək, 29 il əvvəl baş verənləri sənədli filmə çevirdik”.

Filmin adının nə üçün "Parabüzən" olmasına isə filmin quruluşçu rejissoru və ssenari müəllifi Ayaz Mirzəyev aydınlıq gətirib. O deyib ki, parabüzənlə bağlı çox qəribə olsa da, təsadüfi və ya mistik hadisə baş verib: "Hər kəs mühasirəyə düşənlərin Kəlbəcər tərəfdən gələcəyini gözləsə də, mühasirədə olan Əli Əliyevin oğlu İmdad Əlizadənin uçurduğu parabüzən hər kəsin düşündüyünün əksinə tam fərqli istiqaməti göstərib. Bu, dəfələrlə belə davam edir. İlahi qüvvədir deyə düşünürəm. Hətta İmdad bir müddət parabüzəndən küsür, bu özü də çox təsirli məqamdır. Nəticədə isə həqiqətən də mühasirədən qayıdan 19 nəfər məhz parabüzənin göstərdiyi istiqamətdən qayıdıb. Biz çalışdıq ki, bu filmdə 19 nəfərin 54 gün ərzində həyata tutulmasını, bir-birinə dəstək olmasını göstərək. 29 il sonra bizə bu ərazilərə yenidən qayıtmağı isə Ali Baş Komandanın tapşırığı altında Azərbaycan Ordusu yaşatdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Filmin prodüseri, “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə isə qeyd edib ki, filmdə əsas məqam ermənilərin istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində dinc sakinlərə qarşı törətdikləri zülmü ictimaiyyətə göstərməkdir:

“Bu filmin çəkilişlərinə 3 ay öncə başladıq. Film Kəlbəcər və Laçın rayonları ərazilərində lentə alınıb. Həmin yerlərə yenidən getmək, o hissləri yenidən yaşamaq çox başqa bir duyğudur. Bunu sözlə ifadə etmək çətindir. Bu film Ermənistanın Azərbaycana, mülki vətəndaşlara qarşı törətdiyi terror aktını, qeyri-insani davranışlarını, hərbi təcavüzünü göstərdiyi sənədli filmdir. Bu, heç bir ssenaristin, rejissorun təxəyyülünün məhsulu deyil, filmdə çəkilənlər də aktyorlar deyil. Bu film 19 nəfərin 54 gün ərzində erməni mühasirəsində nələr yaşamasından, necə həyatda qalmasından bəhs edir. Tam olaraq real baş verən hadisələrin lentə alındığı bu film kimi bir çox filmlərin lentə alınması düşünürəm ki, önəmlidir”.

Daha sonra 25 dəqiqəlik müddəti əhatə edən film nümayiş olunub.

Film alqışlarla qarşılanıb.

Daha sonra 54 gün mühasirədə qalmış şəxslərin bir qrupu səhnəyə çıxıb. Tədbir iştirakçıları onları alqışlarla qarşılayıb.   

Təqdimatda çıxış edən Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib ki, Birinci Qarabağ müharibəsinin dəhşətlərinin beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından “Parabüzən” qısametrajlı sənədli filmi kimi ekran işlərinin xarici dillərə tərcümə olunaraq nümayiş etdirilməsinə böyük ehtiyac var.

Onun sözlərinə görə, filmi xarici dillərə tərcümə edib sosial şəbəkələrdə yayaraq beynəlxalq ictimaiyyətə çatdırmaq vacib addım olardı:

"Azərbaycan mediası da məhz bu nümunələrdən istifadə edib, belə hekayələri tapıb onları daha geniş işıqlandırmaqla beynəlxalq ictimaiyyətə çatdırsa, məncə, Azərbaycanın haqq səsini dünyaya çatdırmış olar. Mediamız həmin dövrdə ölkə reallıqlarını Azərbaycan daxilində, eləcə də beynəlxalq arenada tanıtdırma missiyasını yerinə yetirdiyi kimi, bu gün də məhz “Global Media Group”un dəstəyi ilə filmin ərsəyə gəlməsi bu missiyanı şərəflə davam etdirmiş oldu. Düşünürük ki, belə hekayələrlə erməni vandallığının beynəlxalq ictimaiyyətə çatdırılmasına böyük ehtiyacımız var. İnanıram ki, bu kimi layihələr davamlı olacaq".

MEDİA İcraçı direktoru öz çıxışında Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağı azad edən ordumuza minnətdarlığını bildirib:

"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin".

Milli Məclisdə Laçın rayonunu təmsil edən deputat Mahir Abbaszadə bildirib ki, “Parabüzən” filminə baxanda erməni zülmünü, mühasirədə qalan insanların ağrılarını və əzmini hiss etdik: “Bu gün 29 illik vətən həsrətinə son qoyulub, mühasirədə mübarizə aparan insanların torpağı artıq azaddır”.

O vurğulayıb ki, bu gün azad Qarabağa, Şərqi Zəngəzura azad şəkildə səfər edə, belə çəkilişlər apara bilirik:

"Əslində bir azərbaycanlı ailəsinin erməni ilə qarşılaşdığı və apardığı mübarizə həm də bütövlükdə Azərbaycan xalqının nə qədər mübariz olduğunu nümayiş etdirmiş oldu. Hesab edirəm ki, belə filmlər çəkildikcə, digər xarici dillərə tərcümə olunduqca bizdən sonra gələn nəsillərin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, erməni quldurlarının mülki azərbaycanlılara etdiyi zülm barədə geniş məlumatları olacaq. Eyni zamanda, bu gün düşmənimizi müdafiə edən qüvvələr bu ekran işinə baxaraq tutduqları əməllərdən utanmalıdırlar ki, erməni cəlladları azərbaycanlılara belə ağır faciələr yaşadıblar”, - deputat bildirib.

M.Abbaszadə söyləyib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və sərkərdəliyi, Azərbaycan Ordusunun gücü, şəhidlərin qanı, qazilərin canı hesabına və Azərbaycan xalqının mübarizəsi ilə torpaqlarımız işğaldan azad olunub:

“Filmdə izlədiyimiz bəzi şəxslər artıq dünyadan köçüb. Rəhmətə gedənlərin artıq ruhu şaddır ki, uğrunda mübarizə apardıqları torpaqlar düşmən tapdağından təmizlənib, bu gün azaddır və azərbaycanlılar, o cümlədən mühasirədə qalanların övladları dinc şəkildə gedib o yerləri ziyarət edirlər. Bizim ən böyük qələbəmiz bundan ibarətdir. Kəlbəcər və Laçını yaxşı tanıyan, orada doğulub böyüyən biri olaraq deyə bilərəm ki, bu gün həmin ərazilərdə çəkiliş aparmaq, heç bir şərait olmadan gecələmək olduqca çətindir və fədakarlıq tələb edir. Fədakarlıqdan savayı, gərək Vətənə sevgi də ola. Hesab edirəm ki, “Parabüzən” filminin çəkilməsinə səbəb də Vətən sevgisidir”.

Paylaş

Xəbər lenti

Bakıda Türkiyənin Zəfər Bayramı və Silahlı Qüvvələr Gününün 104-cü ildönümü münasibətilə tədbir keçirilib Bu gün, 00:48 Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından... Dünən, 23:48 Dünyanın ən gənc kralı 34 yaşında vəfat etdi Dünən, 23:48 Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı Dünən, 23:48 "Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb Dünən, 23:48 Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir Dünən, 23:48 Bakı və İmişlidə yaşıllıqlara 49 min manatdan çox ziyan vurulub Dünən, 23:48 Azərbaycan millisi Avropa çempionatının 1/8 finalında Türkiyə ilə qarşılaşacaq Dünən, 23:48 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA Dünən, 22:48 Yavər Abbasova yüksək VƏZİFƏ VERİLDİ Dünən, 22:48 FİFA DÇ-2026 finalında dava salan argentinalı futbolçuların cəzasını yüngülləşdirdi Dünən, 22:48 Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - 15 sentyabrdan... Dünən, 22:48 Müctəba Xameneinin müraciəti yayılıb Dünən, 22:48 Uşakov: Putin və Paşinyan Ermənistanın Avropaya inteqrasiyası məsələsini müzakirə edəcəklər Dünən, 21:48 Azərbaycan və Belarus arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Dünən, 21:48 Bu şəxslər üçün pomidoru çox yemək təhlükəlidir - XƏBƏRDARLIQ Dünən, 21:48 Bir sinifdən 13 nəfər "Tibb"ə qəbul oldu: Məzunlardan biri 700 bal toplayıb Dünən, 21:48 Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? Dünən, 20:48 Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO Dünən, 20:48 Bakı metrosunda ikimərtəbəli stansiyalar olacaq? - RƏSMİ CAVAB Dünən, 20:48 Keçmiş sevgilisini öldürməyə cəhd edən şəxs HƏBS OLUNDU: "Mismarla gözünü çıxarmaq istəyirdim" Dünən, 20:48 Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu Dünən, 20:48 Mirziyoyev ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki məqsədləri barədə danışıb Dünən, 19:48 Ömrü uzatmağa kömək edən 30 saniyəlik sadə hərəkət Dünən, 19:48 Mirziyoyev: Tələbə qızların sayının artması Özbəkistanda Üçüncü İntibah dövrünün əlamətidir Dünən, 19:48 Azərbaycan Polşaya etiraz etdi: Səfir XİN-ə çağırıldı Dünən, 19:48 Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib Dünən, 18:48 Şamaxı sakinlərini boğaza yığan problem: "21-ci əsrdir, belə yaşayış olar?!" Dünən, 18:48 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək Dünən, 18:48 Mirziyoyev: Özbəkistan ÜDM-in 160 milyard dollara qədər artırılması hədəfini vaxtından əvvəl yerinə yetirəcək Dünən, 18:48 Bakı kəndlərində yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazilərdə... Dünən, 18:48 Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək Dünən, 18:48 Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır Dünən, 18:48 Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Dünən, 17:48 Rusiyanın yerinə üçüncü dövlət: Paşinyan kimi nəzərdə tutur? Dünən, 17:48 Sabunçu Tibb Mərkəzi ilə bağlı SENSASİYALI İDDİA: "Mikrob keçib bizə" Dünən, 17:48 Ev satmaq adı ilə 23 min manat dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Dünən, 17:48 Psixiatr: İtlə yaşamaq həm ürəyə, həm də psixoloji duruma müsbət təsir edir Dünən, 17:48 Toni Kortes "Sabah"ın fenomeni haqqında: "Sərhədləri aşan hekayə" Dünən, 17:48 Abşeronda dəhşətli qəza: Yeniyetmə sürücü qadını ÖLDÜRÜB QAÇDI? - GÖRÜNTÜLƏR Dünən, 17:48 Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI Dünən, 17:48 Ədliyyə Nazirliyi: Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti yaradır Dünən, 17:48 Azərbaycanda indiyə qədər 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb Dünən, 16:48 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB Dünən, 16:48 Kəlbəcərə dolu yağıb Dünən, 16:48 SOCAR-ın Qaz İxrac İdarəsi 7 ayda qeyri-neft-qaz ixracından 8 milyon dollara yaxın gəlir əldə edib Dünən, 16:48 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək Dünən, 16:48 SOCAR ilk dəfə Xəzərdə OBN texnologiyasının tətbiqi ilə 3D seysmik kəşfiyyat işlərinə başlayıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR