
Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəcək.
Bu barədə AVESTA.AZ-ə AGF-dən məlumat verilib.
İkiqat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu sərbəst güləş üzrə koordinator vəzifəsini yerinə yetirəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.