
Göygöl rayonunda 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər yaralanıb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, avtomobil qəzası zamanı 1957-ci il təvəllüdlü M.Zeynalov, onun həmyaşıdı E.Zeynalova və 1993-cü il təvəllüdlü T.Zeynalova xəsarət alıb.
Hər üçü öncə Göygöl Mərkəzi rayon Xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikdən sonra Gəncədə yerləşən xəstəxanaların birinə köçürülüblər.
Xəsarət alanların vəziyyəti ağır və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.