4-07-2025, 12:48 511

Mistik anlayışların insanlar tərəfindən gerçək kimi qəbul edilməsi cəmiyyətin intellektual və mədəni inkişafının aşağı səviyyədə olduğunu göstərir. Xüsusilə erkən nikaha daxil olan qadınlar və uşaqlıqda ağır psixoloji travmalar yaşamış şəxslərdə adekvat olmayan hallara tez-tez rast gəlinir.

Bunu AVESTA.AZ-ə açıqlamasında psixoloq Rövşən Nəcəfov deyib.

Onun sözlərinə görə, dua, cadu, "cin girmə" kimi inanclar bu gün də bir çox insanın həyatının ayrılmaz hissəsinə çevrilib. Belə hallarda ətraf mühit tərəfindən şəxsdə "cin var" deyə düşünülür, halbuki bu əlamətlər əsasən konversion pozuntu, isterik vəziyyətlər və digər psixi diaqnozlarla bağlı olur.

"Belə şəxslərə ilkin psixoloji yardım əvəzinə dini rituallarla yardım göstərilməsi yanlış tendensiyadır. İnsanlar rahatlıq və tez sağalma ümidi ilə bu cür elmi əsası olmayan yolları seçirlər. Bəzi hallarda pedoqoji baxımsızlıq, primitiv düşüncə, əqli gerilik və ya koqnitiv ləngimə belə davranışlara zəmin yaradır", – deyə psixoloq bildirib.

Rövşən Nəcəfov qeyd edib ki, bu şəxsləri mollaya aparmaqla sağalacaqlarına inanmaq da səhv yanaşmadır: "Molla kiminsə həyatını xilas edə biləcək şəxs deyil. Onun öz fəaliyyəti var. İnsanlar da maddi maraq qarşılığında kimlərinsə istismarına çevrilməməlidirlər. Tanrı kiminsə sifarişi ilə işləmir".

Psixoloq vurğulayıb ki, cəmiyyətdə psixoloq və psixiatr yanına getmək "ayıb" sayılır. Bəzən isə psixi narahatlığı olan insanlar lağa qoyulur və ya qınanır. Bu isə həmin şəxslərdə sosial təcrid, depressiya, tənhalıq və intihar düşüncələri yaradır.

"Bu gün sosial şəbəkələrdə psixoloq adı altında fəaliyyət göstərən, əslində isə müasir falçılıqla məşğul olan şəxslər var. Onlar yalnız maddiyyat üçün çalışır, başqalarının bədbəxtliyi üzərindən öz xoşbəxtliklərini qururlar. İnsanlara saxta ümid vermək onların sağlamlığına zərbə vurur", – deyə o bildirib.

Rövşən Nəcəfovun sözlərinə görə, psixi pozuntusu olan şəxs uyğun mütəxəssisə yönləndirilməli, psixofarmakoloji müdaxilə ilə sağlamlıq təmin olunmalıdır: "Cəmiyyət psixi pozuntusu olan insanları qınamamalı, onları anlamağa və dəstək olmağa çalışmalıdır. Əgər bir şəxsin psixoloji problemi varsa, bu, onun və yaxınlarının ayıbı deyil. Əksinə, empatik münasibət və anlayışla biz həmin insanlara müsbət dəyişikliklər üçün fürsət yarada bilərik".

Şahanə Xankişiyeva

Paylaş

Xəbər lenti

Bişkekdə İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş olacaq Bu gün, 13:49 60 yaşlı kişi Bakıda hoteldə öldü Bu gün, 13:49 Ötən həftə 2048,7 hektar ərazi minalardan təmizlənib Bu gün, 13:49 Bərgüşadçay su anbarı ilə bağlı 130 milyon manatlıq LAYİHƏ Bu gün, 13:49 Bu ölkədə meşə yanğınlarını qəsdən törədənlərə ölüm cəzası tətbiq edilə bilər Bu gün, 13:48 Tramp kanadalı şirkətlərə səsləndi: "ABŞ-yə köçün, tarif tətbiq olunmayacaq" Bu gün, 13:48 Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir Bu gün, 13:48 Sabirabadda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edilib Bu gün, 13:48 AMB kredit risklərinin idarə edilməsinə "Yaşıl Taksonomiya" tələblərini əlavə edib Bu gün, 13:48 Netanyahu seçki ərəfəsində təhdidlərini artırdı: "Lazım gələrsə, bütün Qəzzanı işğal edərik" Bu gün, 12:50 SOCAR-ın Türkiyədəki zavodu iyunda aviayanacaq istehsalının həcmini açıqlayıb Bu gün, 12:50 Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi Bu gün, 12:50 Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib Bu gün, 12:50 Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ Bu gün, 12:49 "Pensiyalar artırılacaq" Bu gün, 12:49 Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi Premyer Liqada 200-cü oyununa çıxıb Bu gün, 12:49 Chatgpt ilə müalicə olunmaq təhlükəlidir? - Tanınmış professor danışdı Bu gün, 12:49 Süni intellekt şirkətinizə gələndə kim gedəcək: insanlar, yoxsa köhnə qaydalar? Bu gün, 12:48 Azərbaycan Premyer Liqasının III turu tamaşaçı rekordu ilə əlamətdar olub Bu gün, 12:48 199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir Bu gün, 12:48 Sentyabrın ilk günü hava belə olacaq Bu gün, 12:48 Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumu imzalanıb Bu gün, 12:48 Keçmiş məcburi köçkün Bakıda aptekdə öldü Bu gün, 12:48 Xaçmazda yük qatarının vurduğu şəxs öldü Bu gün, 11:48 Bacısının toyuna getməyən Burak Özçivit: "Niyə hücum edirsiniz!" Bu gün, 11:48 Azərbaycanda traktor və digər aqrar texnikaların qeydiyyatı qaydası dəyişib Bu gün, 11:48 Azərbaycan Prezidenti Sadır Japarovu təbrik edib Bu gün, 11:48 İlham Əliyev Malayziya Kralına: Əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək Bu gün, 11:48 DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı Bu gün, 11:48 Operativlik, effektivlik, proqres - Wolt-un hesabat sistemi və admin paneli işimizi xeyli asanlaşdırır Bu gün, 11:48 İlham Əliyev Trinidad və Tobaqo prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub Bu gün, 11:48 Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" Bu gün, 11:48 DYP yağışa görə sürücülərə MÜRACİƏT ETDİ Bu gün, 11:48 Xulian Alvarez "Barselona"ya keçir? - "Atletiko"dan yazılı razılıq gəldi Bu gün, 10:48 Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb Bu gün, 10:48 Bakıda yayın son konserti keçirilib Bu gün, 10:48 Müəllimlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır Bu gün, 10:48 Daha 2 xarici sığorta brokeri Azərbaycan bazarına daxil olub Bu gün, 10:48 3 övladı olan ailələrə müavinət verilə bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 "Mercedes"lə "Range Rover" toqquşdu Bu gün, 10:48 Azərbaycan XİN Qırğızıstanı Milli Günü münasibətilə təbrik edib Bu gün, 10:48 Şimali Kiprdə batan sərnişin gəmisinin kapitanı həbs edilib Bu gün, 10:48 İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib Bu gün, 10:48 "Prius" manevr edərkən hadisə törədib, qaçdı Bu gün, 10:48 Azərbaycanda kreditlər SÜRƏTLƏ ARTIR: Ekspert üç əsas səbəbi açıqladı Bu gün, 09:48 Kriptobazarda eniş dərinləşir: Bitcoin 78 min dollardan aşağı düşdü Bu gün, 09:48 Prezidentin işgüzar səfərini işıqlandırmaq üçün Qırğızıstana yola düşürlər Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR