9-07-2025, 09:48 579

Görkəmli şair Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür

Azərbaycanın görkəmli şairi, maarifçi və pedaqoqu Seyid Əzim Şirvaninin doğum günüdür.

Seyid Əzim Şirvani 1835-ci il iyulun 9-da Şamaxının "Qalabazar" məhəlləsində anadan olub. Yeddi yaşında ikən atasını itirib və Dağıstanın Yaqsay kəndində yaşayan, dindar kimi fəaliyyət göstərən ana babası molla Hüseynin himayəsində böyüyüb. İbtidai təhsilini orada alan Seyid Əzim 1853-cü ildə Şamaxıya qayıdıb. Üç il sonra 21 yaşlı gənc ruhani təhsili almaq üçün İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə gedib. Dünyəvi elmlərə böyük maraq göstərən gənc Seyid Əzim 1957-ci ildə yenidən Məkkə, Mədinə, Misir və Suriyaya səyahət edib, 50-ci illərin sonunda vətənə qayıdıb. O, ruhani olmaq fikrindən dönüb və məktəbdarlıqla məşğul olub.

"Əkinçi" qəzetinin nəşrini sevinclə qarşılayan şair şeirlərinin bir qismini burada çap etdirib. "Əkinçi" bağlandıqdan sonra "Ziya", "Ziyayi-Qafqaziyyə" qəzetləri ilə əməkdaşlıq edib.

Seyid Əzim 1877-ci ildə Şamaxıdakı məktəbdə Azərbaycan dili və şəriət müəllimi kimi fəaliyyətə başlayıb, qısa fasilələrlə ömrünün sonuna qədər orada işləyib. 1878-ci ildə "Rəbiül-ətfal" (Uşaqların baharı) adlı dərsliyini tamamlayıb.

19-cu əsrin sonlarına doğru Seyid Əzim Şamaxıda yeni üsulla "Məclis" adlı bir məktəb açır. Seyid Əzimin bu məktəbində köhnə mollaxanalardan fərqli olaraq, şagirdlərə Azərbaycan, rus, fars dilləri öyrədilir və müasir elmlərdən ibtidai məlumat verilirdi.

Mirzə Ələkbər Sabir məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində dərs alıblar.

Şairin bədii irsi Azərbaycanca və farsca iki böyük külliyyatdan ibarətdir. Yaradıcılığının çox hissəsini lirik janrda yazılan qəzəllər, öyüd, təmsil və didaktiv mahiyyət daşıyan mənzum hekayələr, düzlük, mərdlik, mətanət, məzlumlara kömək və sair kimi gözəl və nəcib əməlləri əks etdirən şeirlər təşkil edir. İctimai mahiyyət daşıyan satiraları da Seyid Əzimin yaradıcılığında mühüm yer tutur. Onu dövrünün böyük realist şairi kimi tanıdan "Dəli Şeytan", "Məkri-zənan", "Yerdəklərin göyə şikayəti", "Bəlx qazisi və xarrat", "Elmsiz alim" və sair satiralarıdır.

Maarif sahəsindəki xidmətlərinə görə 1887-ci ildə "Za userdiye" medalı ilə təltif olunub. Maddi ehtiyac içində yaşayan şair medalı yalnız ölümündən 10 gün əvvəl, 1888-ci ilin mayında alıb. Mayın 20-də dünyasını dəyişən şair öz vəsiyyəti ilə Şamaxının Şaxəndan qəbiristanlığında dəfn olunub.

Paylaş

Xəbər lenti

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 13 % artıb Bu gün, 14:48 Bakıda fərdi yaşayış evi yandı Bu gün, 14:48 Ötən gün borclu şəxs qismində axtarışda olan 135 nəfər saxlanılıb Bu gün, 14:48 Türkiyədə istirahətdə olan azərbaycanlı bloger cütlük: "Evimizin yanı yanır..." Bu gün, 14:48 Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları Bu gün, 14:48 Brilliant Dadaşova dənizdə üzdüyü görüntüləri paylaşdı Bu gün, 14:48 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb Bu gün, 14:48 Rusiyada məktəbli qızlar pivə içməyə dəvət etdikləri oğlanın qətlində şübhəli bilinirlər Bu gün, 13:48 Həkim yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətini açıqladı Bu gün, 13:48 Sabah Bakıya və rayonlara yağış yağacaq Bu gün, 13:48 Britni Spirs atasının qəyyumluğunun ona vurduğu ziyandan danışdı Bu gün, 13:48 Bakının Qobustan qəsəbəsində yeni körpünün tikintisinə dair son vəziyyət açıqlanıb Bu gün, 13:48 Bakı və Abşeronda 20-dən çox marşrutun hərəkət istiqaməti dəyişdirilib - SƏBƏB Bu gün, 13:48 İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib Bu gün, 12:48 İlham Əliyev: Özbəkistanla ikitərəfli əlaqələrimizin dərinləşdirilməsi bizim üçün prioritetlərdən biridir Bu gün, 12:48 Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər Bu gün, 12:48 Azərbaycanda manatla geniş pul kütləsi 20 %-ə yaxın artıb Bu gün, 12:48 Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı Bu gün, 11:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü Bu gün, 11:48 Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb Bu gün, 11:48 İTV 21 yaşını qeyd edir Bu gün, 11:48 Sürücülərə həftəsonu ilə bağlı VACİB XƏBƏRDARLIQ Bu gün, 10:48 Kəmaləddin Heydərovdan yeni təyinat: Vəzifəyə mayor gətirildi Bu gün, 10:48 Tramp Venesuelanın neft ehtiyatlarının ABŞ-nin nəzarətinə keçdiyini bəyan edib Bu gün, 10:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb Bu gün, 10:48 Azərbaycan manatı ilə bağlı MÜHÜM AÇIQLAMA - Bu hal ilk devalvasiyası ərəfəsində qeydə alınıb Bu gün, 10:48 Azərbaycan və Rusiya Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların inkişafını müzakirə ediblər Bu gün, 10:48 Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu Bu gün, 10:48 İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlərin aqibəti necə olacaq? Bu gün, 09:48 Boşandıqdan sonra soyadı dəyişdirmək məcburi deyil - Qanun nə deyir? Bu gün, 09:48 Misli Premyer Liqası: III tura bu gün iki oyunla start verilir Bu gün, 09:48 "Yuxu beyin sağlamlığına edilən ən yaxşı investisiyadır" - Həkimdən maraqlı açıqlama Bu gün, 09:48 "Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir Bu gün, 09:48 Sürücülərə həftəson ilə bağlı VACİB XƏBƏRDARLIQ Bu gün, 09:48 Pezeşkian: Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik Bu gün, 08:48 Türkiyə XİN: Yunanıstanın Egey dənizi ilə bağlı qərarı hüquqi nəticə doğurmayacaq Bu gün, 08:48 Tərtərdə kişi su kanalında boğulub Bu gün, 08:48 Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər Bu gün, 08:48 Bakıda Türkiyənin Zəfər Bayramı və Silahlı Qüvvələr Gününün 104-cü ildönümü münasibətilə tədbir keçirilib Bu gün, 00:48 Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından... Dünən, 23:48 Dünyanın ən gənc kralı 34 yaşında vəfat etdi Dünən, 23:48 Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı Dünən, 23:48 "Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb Dünən, 23:48 Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir Dünən, 23:48 Bakı və İmişlidə yaşıllıqlara 49 min manatdan çox ziyan vurulub Dünən, 23:48 Azərbaycan millisi Avropa çempionatının 1/8 finalında Türkiyə ilə qarşılaşacaq Dünən, 23:48 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA Dünən, 22:48 Yavər Abbasova yüksək VƏZİFƏ VERİLDİ Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR