30-05-2025, 10:48 358

Mirzə Ələkbər Sabirin anadan olmasından 163 il ötür

Bu gün Azərbaycan görkəmli şairi Mirzə Ələkbər Sabirin doğum günüdür. Onun anadan olmasının 163-cü ildönümü tamam olur.

Mirzə Ələkbər Sabir (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) 1862-ci ilin bu günü, yəni mayın 30-da Şamaxıda anadan olub.

O kiçik yaşlarında ikən mollaxana məktəbində ərəb, fars dillərini öyrənib, Şərq ədəbiyyatı nümunələri ilə tanış olmaq imkanı qazanıb.

Lakin o dövrün mollaxana məktəblərinin sərt rejimi, tədris üsulları gənc Ələkbəri razı salmamışdı. Təxminən 10-11 yaşlarında Ələkbər Tahirzadənin yazdığı "Tutdum orucu irəmazanda" şeiri onun kiçik yaşlarından cəmiyyətdəki prosesləri dərk etməyə çalışdığını, yeniləşməyə can atdığını göstərir.

Ələkbər Tahirzadə 1874-1883-cü illərdə görkəmli şair Seyid Əzim Şirvaninin (1835-1888) dərs dediyi Şamaxı quberniya məclisi məktəbində dünyəvi elmləri həvəslə öyrənib, klassik ədəbiyyatı mütaliə etməyə ciddi maraq göstərib.

Şərq ölkələrinə 1884-1886-cı illərdə etdiyi səyahətlər M.Ə.Sabirin bilik və məlumatlarını, dünyagörüşünü inkişaf etdirmişdir. İranın Səbzivar, Nişapur, Xorasan, Həmədan vilayətlərində, qədim Buxara və Səmərqənddə, məşhur dini ziyarətgahlardan Kərbəlaya səfər zamanı müşahidə etdiyi təzadlı hadisələr, rastlaşdığı zavallı insanlar, görüşdüyü mütərəqqi ziyalılar, oxuyub öyrəndiyi əsərlər onun üçün böyük həyat və sənət məktəbi rolunu oynayıb.

M.Ə.Sabir 1887-ci ildə Şamaxıda yaxın qohumlarından olan Billurnisə adlı bir qızla ailə həyatı qurub. Bu nikahdan onun səkkiz qızı və bir oğlu dünyaya gəlib. Çoxuşaqlı bir ailənin başçısı kimi o, çətin, məşəqqətli ömür yaşayıb, hətta sabun bişirib satmağa məcbur olub. Şamaxıda 1902-ci ildə baş vermiş dəhşətli zəlzələnin M.Ə.Sabirin də ailəsini evsiz-eşiksiz qoyması onun ağır keçən həyatını daha da çətinləşdirib. Lakin heç bir məhrumiyyət Sabirin qürurunu sındıra bilməyib. Məslək və sənət dostu Abdulla Şaiqlə (1881-1959) Şamaxıda ilk görüşü zamanı dediyi "Bir çox adamın batini kirini təmizləmək əlimizdən gəlmir. Zahiri kirini təmizləmək üçün sabun bişirmək peşəsini qəbul etmişəm" sözləri onun həyat və sənət qayəsini dolğun ifadə edir.

Tehranda ali həkimlik təhsilini 1901-ci ildə başa vurub Şamaxıya qayıdan Abbas Səhhətlə (1874-1918) səmimi dostluq münasibətləri onun şeirə-sənətə marağını qüvvətləndirib.

Bakı quberniya ruhani idarəsində müəllimlik sənətinə yiyələnmək üçün 11 aprel 1908-ci il tarixdə imtahan vermiş M.Ə.Sabir Qafqaz Şeyxülislamı tərəfindən imzalanmış ana dili və şəriət müəllimi diplomu alıb. Bundan az sonra onun Şamaxıda açdığı "Ümid" adlı ibtidai məktəbdə təxminən 60-a qədər şagird ana dili və şəriət dərsləri ilə yanaşı hesab, coğrafiya, təbiət, nəğmə kimi dünyəvi fənləri də öyrənmək imkanı qazanıb. Məktəbdə həmçinin yeni tədris üsullarından istifadə olunur, maraqlı ekskursiyalar təşkil edilirdi. Bununla belə, qaragüruhçu qüvvələr bu yeni məktəbi və yenilikçi müəllimi boykot etməyə çalışmış, məktəbin normal fəaliyyətinə maneçilik törətmişlər.

XX əsrin əvvəllərindən Sabirin şeirləri mətbuat səhifələrində görünməyə başlayır. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalını öz arzularına müvafiq uyğun bir dərgi kimi qarşılayıb onun ən fəal müəlliflərindən biri olub. Həmin vaxtdan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yaranıb. Hər iki sənətkar zalım bəyləri, yaltaq ruhaniləri, satqın ziyalıları satira atəşinə tutduğundan onlara hədə-qorxu gəlirlər. Bu səbəbdən şair imzasını tez-tez dəyişməli olur. "Molla Nəsrəddin" jurnalında şair 36 gizli imza ilə çıxış etmişdi.

Sabirin seçilmiş əsərlərinin "Hophopnamə" adlandırılması "Hophop" imzası ilə əlaqədardır. Onun "Fəhlə", "Əkinçi", "Oxutmuram, əl çəkin" şeirləri vaxtilə çox məşhur idi.

Sabir çox sevdiyi uşaqları da yaddan çıxarmamış, onlar üçün "Gəl, gəl a yaz günləri", "Uşaq və buz", "Yalançı çoban" və digər şeirlər yazmışdı.

1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir, "Zənbur" jurnalında, "Günəş" və "Həqiqət" qəzetlərində işləyib. Elə həmin ilin axırında xəstəliyi səbəbindən geriyə, Şamaxıya qayıdıb.

Böyük şair 1911-ci il iyulun 12-də vəfat edib. Məzarı Şamaxıda "Yeddi günbəz" qəbiristanındadır.

Sabirin vəfatından bir il sonra, 1912-ci ildə onun şeirləri "Hophopnamə" adı ilə çap olunub. 

Paylaş

Xəbər lenti

Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub Bu gün, 13:48 Sərhəddə ƏMƏLİYYAT: Narkotik və yüzlərlə psixotrop həb ələ keçirildi Bu gün, 13:48 Yaponiyalı alimlər xroniki yorğunluğu B qrupu vitaminlərinin çatışmazlığı ilə əlaqələndiriblər Bu gün, 13:48 İlham Əliyev Zoran Milanoviçi təbrik edib Bu gün, 12:48 "Subway Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları üçün KVN gecəsinə səfər təşkil edib Bu gün, 12:48 Bu gün böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin doğum günüdür Bu gün, 12:48 Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb Bu gün, 12:48 Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb Bu gün, 11:48 Ağdərədə itkin düşən ailəyə aid olduğu ehtimal edilən sümük fraqmentləri tapılıb Bu gün, 11:48 Avstraliya hərbi gücünü genişmiqyaslı şəkildə artırmağa başlayıb Bu gün, 11:48 Qəbələdə güclü külək və dolu bir sıra fəsadlara səbəb olub Bu gün, 11:48 Seysmoloq İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq etdi Bu gün, 10:48 Azərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb Bu gün, 10:48 Şotlandiyanın musiqi qrupu Ağ Evə qadağa qoydu Bu gün, 09:48 Ukrayna və Kanada birgə dron istehsalı barədə razılığa gəlib Bu gün, 09:48 UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək Bu gün, 09:48 Bu yolda sürücülər böyük çuxura düşür Bu gün, 00:48 Tramp İranla bağlı toplantısını heç bir qərar qəbul etmədən başa vurub Bu gün, 00:48 San-Pauluda Azərbaycan bayrağı göydələnlərdə proyeksiya edildi Bu gün, 00:48 Bakı metrosuna yüz milyon dollarlıq vəsait ayrıldı Dünən, 23:48 İnsanların axın etdiyi müqəddəs məkanın sirri: "Bu su üstlərinə düşsə..." Dünən, 23:48 Bu yola iri ağac aşıb - Yol polisindən XƏBƏRDARLIQ Dünən, 23:48 XƏBƏRDARLIQ: Bakıya və Abşeron yarımadasına dolu yağması ehtimalı var Dünən, 23:48 Oğuzda güclü külək ağacı aşırıb, 15 kənd işıqsız qalıb Dünən, 23:48 Küləkli hava sağlamlığa necə təsir edir? - Bunları bilməlisiniz Dünən, 22:48 FAKTİKİ HAVA: Bir çox rayonlara dolu düşüb, intensiv yağıntı müşahidə edilir Dünən, 22:48 Su-kanalizasiya işləri apardılar, asfalt qatını təmir etməyi unutdular Dünən, 22:48 Bəqai: İran və ABŞ arasında yekun razılıq əldə olunmayıb Dünən, 22:48 İçərişəhərdə Qarabağ mədəniyyətinə həsr edilmiş festival təşkil olunub Dünən, 22:48 Orta əsr Şərqinin türk mütəfəkkirləri Dünən, 21:48 Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb Dünən, 21:48 Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK Dünən, 21:48 Berqe: Azərbaycan Xalq Cümhuriyyəti bir çoxlarından əvvəl qadınlara səsvermə hüququ verib Dünən, 21:48 Abituriyentlər ilk imtahanın nəticəsi açıqlanmadan, ikinci cəhd üçün niyə qeydiyyatdan keçməlidir? Dünən, 21:48 Xankəndidə istehsal gücü illik 25 milyon cüt iş əlcəyi olan müəssisə fəaliyyətə başlayıb Dünən, 20:48 Minimum maaş ən azı 660 manat olmalıdır - DEPUTAT Dünən, 20:48 İstanbullulara zəlzələ ilə bağlı QORXUNC XƏBƏRDARLIQ - 90 min bina tam dağılacaq Dünən, 20:48 BMT rəsmisi: Azərbaycan kimliyi qitələrin və sivilizasiyaların qovşağında formalaşıb Dünən, 20:48 "Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? Dünən, 19:48 Avropa çempionatı: Azərbaycanın minifutbol millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəlib Dünən, 19:48 Elşad Quliyev: "Qrup mərhələsini birinci pillədə bitirmək istəyirik" Dünən, 19:48 Sabah hava meteohəssas insanlar üçün necə olacaq? Dünən, 19:48 Sumqayıtda yük avtomobilləri toqquşub, xəsarət alanlar var Dünən, 19:48 Ruzigar İbrahimzadə: "Avropa çempionatında birinci yeri tutmaq üçün əlimizdən gələni edəcəyik" Dünən, 19:48 Sevilən məkan, dəyişməz keyfiyyət: "Günaydın" restoranı daha bir ünvanda Dünən, 19:48 Rusiyaya məxsus sərnişin təyyarəsi doluya görə zədələndi - Sankt-Peterburqa uça bilmədi Dünən, 18:48 Qafqaz uğrunda böyük rəqabət: ABŞ, Rusiya, Fransa və İran nə istəyir? Dünən, 18:48 Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR