
Kəlbəcərdə yabanı halda bitən 3 tondan artıq çətənə bitkisi məhv edilib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, Kəlbəcər rayonunda polis əməkdaşlarının "Xaş-xaş-2025" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 3 ton 150 kq olan 3500 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.