
Tez-tez vətəndaşlar köhnə tədavüldə olan əskinasların banklar tərəfindən qəbul edilməməsindən şikayət edirlər.
Sosial şəbəkələrdə yayılan iddialara cavab olaraq, Mərkəzi Bank məsələ ilə bağlı AVESTA.AZ-ə açıqlama verib.
Qurumun mətbuat katibi Namiq Əliyev bildirib ki, müraciətdə qeyd olunan əskinasların kommersiya bankları tərəfindən qəbulu və dəyişdirilməsi məhdudiyyətsiz şəkildə həyata keçirilir.
"Sözügedən əskinasın qəbul edilməməsi ilə bağlı kommersiya banklarına heç bir göstəriş verilməmişdir", – deyə Namiq Əliyev vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.