
Dünyanın ən sərt karantin tədbirlərinin tətbiq olunduğu Peruda 2 il yarım aradan sonra COVID-19 ilə əlaqəli bütün məhdudiyyətlər ləğv edilib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Travel Off Path” məlumat yayıb.
Bildirilib ki, turistlər Cənubi Amerikanın bu ölkəsində yenidən sərbəst səyahət edə biləcəklər. 2020-ci ilin mart ayından qüvvədə olan fövqəladə vəziyyət fərmanının müddəti 2022-ci il noyabrın 1-də başa çatıb.
Səyahətçilər indi peyvənd sertifikatı və ya koronavirus testinin mənfi nəticəsi olmadan Peruya daxil ola bilərlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.